Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Həsən Əskəri (ə) 30.01.2025

İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə məlumat

Şiələrin on birinci İmamı Həzrət Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz otuz ikinci ilində anadan olmuşdur.[1] Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhissəlam), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.[2] Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər.[3] Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.[4] İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı.[5] O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki,[6] künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.[7] İMAM HƏSƏN ƏSKƏRİ ƏLEYHİSSƏLAMIN MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR   İmam Həsən Əskəri (əleyhissəlam) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar: 1) Əl-Mötəzz Billah (252–255 h.q); 2) Əl-Mühtədi Billah (255–256 h.q); 3) Əl-Mötəmid (256–279 h.q). Qiyama başladıqları ilk gündə Ələviləri himayə etmək və Bəni-Üməyyədən onların intiqamını almaq adı ilə ayağa qaxmış Bəni-Abbas, camaata verdiyi vədlərə əməl etməkdən imtina edərək Bəni-Üməyyə xəlifələri kimi, bəlkə onlardan da çox zülm etməyə, özbaşınalığa başlayırlar. İmam Həsən Əskəri əleyhissəlamın dövründə yaşamış Abbasi xəlifələrinin çirkin əməllərini göstərmək üçün onların hakimiyyətinə və bu müddət ərzində baş vermiş hadisələrə qısa nəzər salaq. 1. Əl-Mötəzz   Mötəzz Mütəvəkkilin oğlu olub xəlifə Müstəinin hakimiyyətdən salınmasından sonra (252. h.q) xilafət başına keçərək öz əcdadlarının yolunu davam etdirmişdir. Mütəvəkkilin ölümündən sonra dövlətin mühüm vəzifələrini türklər ələ keçirərək hakimiyyəti ələ alaraq xəlifə onlara rəhbərlik etmək əvəzinə onlar xəlifəyə rəhbərlik edirlər. Əgər xəlifə onların dediyinə əsasən hərəkət etməsəydi, dərhal onu devirər, ya da qətli üçün plan cızardılar. Aşağıda qeyd edəcəyimiz hadisə də bu həqiqəti sübut edir: Bir gün Mötəzz öz yaxın adamlarını bir yerə toplayır. Sonra bir münəccim çağırtdırıb hakimiyyətdə olacağı müddəti müəyyənləşdirmək istədi. Bu zaman məclisdə hazır olub peşəsi lətifə danışmaq olan bir şəxs deyir: “Mən onun nə qədər hakimiyyətdə olacağını və hətta nə qədər yaşayacağını münəccimdən daha yaxşı bilirəm.” Sonra isə öz fikrini belə açıqladı: “Nə qədər ki, türklər onu (Mötəzzi) himayə edib hakimiyyətdə qalmasını istəyirlər, o, hakimiyyətdə qalacaq, ancaq elə ki onların əlaqəsi ondan kəsildi, həmin gün onun hakimiyyətinin sonudur.”[8] Mötəzzin öldürülməsi   Türklərin sarayda böyük nüfuza malik olması nəticəsində vəziyyət elə alınmışdı ki, xəlifə ancaq simvolik bir məna daşıyır, bütün işləri isə türklər yerinə yetirirdi. Bir gün bir dəstə türk Mötəzzin sarayına girib onu sürüyə-sürüyə bir otağa aparırlar. Sonra onu kötəklə döyüb köynəyini yandırır, özünü isə sarayın həyətində günün altında qoyurlar. Həmin gün hava həddən artıq isti idi və heç kim ayağını yerə basa bilmirdi. Türklər Mötəzzi hakimiyyətdən çıxardıb bir neçə nəfəri də buna şahid tutdular. Sonra isə vəzifədən kənarlaşdırılmış xəlifəni öldürmək məqsədilə bir nəfərə tapşırırlar. Ona deyirlər ki, onu öldürmək üçün ac-susuz saxla, çoxlu əziyyət ver. Beləliklə, yarımcan olmuş xəlifəni bir sərdabəyə salıb sərdabənin qapısını bağlayırlar və Mötəzz diri-diri torpağa basdırılır.[9] 2. Əl-Mühtədi   İmam Həsən Əskəri əleyhissəlamın müasiri olmuş ikinci, ümumilikdə isə on dördüncü Abbasi xəlifəsi olmuş Mühtədi hicrətin iki yüz əlli beşinci ilində qardaşı Mötəzzin ölümündən sonra hakimiyyətə gəlir. O da qardaşı kimi heç bir sərbəstliyə malik olmur və Abbasilər sarayındakı türklərin oyuncağına çevrilir. Mühtədi digər Abbasi xəlifələrilə müqayisədə ədalətli və orta səviyyəli bir şəxs olmuş, əxlaq, rəftar və davranış baxımından Bəni-Üməyyə xəlifələri arasında Ömər ibn Əbdüləzizdən heç də geri qalmırdı. O, bəzi vaxtlar deyirdi: “Əməvi xəlifələri arasında heç olmasa bir nəfər (Ömər ibn Əbdüləziz) ədalətli xəlifə olmuşdur. Bizim üçün eybdir ki, Abbasi xəlifələri arasında bir nəfər ona oxşamasın.” Buna görə də, o da Ömər ibn Əbdüləziz kimi mümkün qədər camaatın şikayətlərinə yetişir, yemək-içmək və geyimdə nisbətən ədaləti qoruyurdu. O, hakimiyyətə gəldikdən sonra saraydan əyləncə və şərab məclislərini yığışdırdı. Tarixçilər bu barədə kifayət qədər yazmış və onun bu hərəkətini təqdirəlayiq bilmişlər.[10] Belə nəzərə çarpır ki, Mühtədinin bu işdən məqsədi siyasi-ictimai gedişatı qorumaq olmuşdur. O, yaxşı başa düşürdü ki, cəmiyyət arasında ondan da layiqli və savadlı şəxslər var və belə olduğu halda, o, hökuməti onlara təhvil verməli, özü isə kənara çəkilməlidir. Bu hərəkətləri ilə o, özünə sosial baza toplamaq istəyirdi. Yoxsa tarixçilər demişkən günlərini oruc halında keçirib duz-çörək və sirkə ilə iftar edən şəxs öz nəfsini elə ram etməlidir ki, əsla hakimiyyət fikrində olmasın. Halbuki, Mühtədi də qardaşı Mötəzz kimi öldürüldüyü günə qədər hakimiyyətdə olmuşdur. Tarix onun kimi xəlifələri çox görüb və bu cür hərəkətlərin İlahi məqsəd daşıması ağıla batası deyil. Mühtədinin dünyatələb və zalımlığının ən aşkar sübutu budur ki, o, İmam Həsən Əskəri əleyhissəlamı həbs etdirir və o Həzrət onun hakimiyyətinin son gününə qədər zindanda qalır. Hətta Mühtədi İmamı öldürmək fikrinə də düşmüşdü.[11] 3. Əl-Mötəmid   İmam Həsən Əskəri əleyhissəlamın müasiri olmuş üçüncü Abbasi xəlifəsi Mötəmid olmuşdur. İmam Həsən Əskəri (əleyhissəlam) İmamət dövrünün dörd ilini onun hakimiyyəti vaxtında keçirmişdir. Mötəmid hicrətin iki yüz iyirmi doqquzuncu ilində anadan olmuş, iki yüz əlli altıncı ildə türklər vasitəsilə hakimiyyətə gəlmiş və iki yüz yetmiş doqquzuncu ildə vəfat etmişdir. Tarixçilər (Mötəmidin əmisi oğlu) Mühtədi[12] barədə təqdirəlayiq sözlər yazıb onu nisbətən tərifləmişlərsə, ondan fərqli olaraq Mötəmidin əxlaq pozğunluğuna dair kifayət qədər məlumat yazmışlar. Hamı yekdilliklə qeyd etmişdir ki, o, kef-damağ, eyş-işrət vurğunu olmuş və əsla camaatın çətinliklərinə yetişməmişdir. Buna görə də, camaat ondan əl götürmüş və onun qardaşı Müvəffəqə (Təlhəyə) ümid bəsləmişdi. Mötəmidin başı həddən artıq əyyaşlığa qarışdığından,[13] hakimiyyəti onun qardaşı Müvəffəq idarə edirdi. Tarixçilər Müvəffəqin Mötəmidin xəlifə olduğu müddət ərzində iqtidarda olduğu barədə yazırlar: “Zahirdə Mötəmidin xəlifə olmasına baxmayaraq, hökuməti əsas idarə edən Müvəffəq olmuşdur və Mötəmidin yalnız quru adı var idi.[14]   İMAM HƏSƏN ƏSKƏRİ ƏLEYHİSSƏLAMIN DÖVRÜNDƏ SİYASİ-İCTİMAİ VƏZİYYƏT   Qeyd etdiyimiz kimi Abbasi xəlifələri İmamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər. Bu təzyiqlər İmam Cavad (əleyhissəlam), məxsusən İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın Samirrada olduğu dövrdə özünün son həddinə çatır. Abbasilərin hökuməti zamanı yaşamış üç İmam bu təzyiqlərin şiddətindən cavan yaşlarında ikən şəhadət şərbətini içmişdir. İmam Cavad (əleyhissəlam) iyirmi beş, İmam Əliyyən-Nəqi (əleyhissəlam) qırx bir, İmam Həsən Əskəri (əleyhissəlam) isə iyirmi səkkiz yaşında şəhid olmuşdur. Üçünün yaşını bir-birinin üstə gəldikdə cəmi doxsan dörd il edir. Bu isə onlara qarşı yönəldilmiş təzyiqlərin nə dərəcədə güclü olduğunu göstərir. İmam Həsən Əskəri əleyhissəlama qarşı olunan təzyiqlər özündən qabaqkı iki İmama olunmuş təzyiqlərdən çox olmuşdur. Bunun isə iki səbəbi var: 1) İmam Həsən Əskəri əleyhissəlamın dövründə şiələr İraqda böyük bir qüdrətə sahib olmuşdular. Bütün camaat da bilirdi ki, onlar rəsmi xəlifəyə qarşı mənfi mövqedə durur və Abbasi xəlifələrinin heç birini rəsmən xəlifə kimi qəbul etmirlər. Onların fikrincə, İslamda xəlifəlik məqamı Həzrət Əli əleyhissəlamın övladlarına məxsusdur. O dövrdə də bu ailənin parlaq nümayəndəsi məhz İmam Həsən Əskəri (əleyhissəlam) olmuşdur. Şiələrin böyük bir qüdrətə çatmasını Mötəmidin vəziri Übeydullahın bu məsələyə etiraf etməsi də təsdiq edir. Belə ki, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o Həzrətin qardaşı Cəfər Kəzzab Übeydullahın yanına gəlib deyir: “Əgər sən məni qardaşımın yerinə (İmam) təyin etsən, mən bu işə görə sənə ildə iyirmi min dinar pul verərəm.” Vəzir (Übeydullah) onun bu sözündən qəzəblənib deyir: “Axmaq, xəlifə sənin atanı (İmam Əliyyən-Nəqi (əleyhissəlamı)) və qardaşını İmam bilənlərin üstünə bu fikirlərindən dönmək üçün o qədər qılınc çəkdi, ancaq onları öz fikirlərindən döndərə bilmədi, nə qədər çalışsa da buna nail olmadı. Əgər sən də şiələrin fikrində İmamsansa, onda xəlifəyə-filana ehtiyac yoxdur, yox, əgər onların fikrincə İmam deyilsənsə, onda bizim səyimizin bir xeyri olmayacaq.”[15] 2) Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın hökumətləri tar-mar edəcək vəd edilmiş Məhdi (əleyhissəlam) İmam Həsən Əskəri əleyhissəlamın nəslindən olacaq. Buna görə də, onlar daima İmam Həsən Əskəri əleyhissəlamı təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. (Necə ki, Firon Musa əleyhissəlamı uşaqlığından ələ keçirmək üçün əbəs yerə səy edirdi.) Bu barədə İmam Həsən Əskəri əleyhissəlamın şəhadəti bölməsində ətraflı məlumat verəcəyik. Yuxarıda qeyd etdiyimiz iki səbəbə görə on birinci İmama qarşı təzyiqlər həddən artıq çox idi və hər tərəfdən o Həzrət nəzarət altına alınmışdı. Abbasi xəlifəsi, İmam Həsən Əskəri əleyhissəlamın mühüm ictimai nüfuz və mövqeyindən o qədər narahat idi ki, o Həzrəti həftənin birinci və dördüncü günləri saraya gəlməyə məcbur etmişdi.[16] Xəlifə Mühtədi də İmam Həsən Əskəri əleyhissəlamı tutub həbs edir və Mötəzz kimi o da, İmamı qətlə yetirmək istəyir. Lakin Allah buna icazə vermir və türklər onun öz əleyhinə qiyam edərək onu öldürürlər.[17] İMAM HƏSƏN ƏSKƏRİ ƏLEYHİSSƏLAMIN TƏHLÜKƏSİZLİK TƏBDİRLƏRİ   Dediklərimizdən əlavə, əldə olan bir sıra tarixi sübutlar bir tərəfdən Abbasilərin İmama və eləcə də, o Həzrətin şiələrinə qarşı yönəltdiyi hiylə və xaincəsinə işlətdikləri planların nə dərəcədə olduğunu, digər tərəfdən isə İmamın çox diqqətli olduğunu və həyata keçirdiyi təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Aşağıda qeyd edilmiş məqamları buna dair nümunə göstərmək olar: 1) Əbu Haşim Davud ibn Qasim Cəfəri deyir:[18] “Biz bir neçə nəfər zindanda olarkən İmam Həsən Əskəri (əleyhissəlam) və qardaşı Cəfəri də zindana gətirirlər. İmam Həsən Əskəri əleyhissəlama hörmət əlaməti olaraq ona xidmət etmək məqsədilə, o Həzrətə yaxınlaşdıq. Orada bizimlə birgə əcəm (qeyri-ərəb) bir şəxs də var idi və o, Ələvilərdən olduğunu iddia edirdi. İmam diqqətini ona cəlb edib buyurdu: “Əgər aranızda sizdən olmayan bir şəxs olmasaydı, sizin nə vaxt azad olcağınızı deyərdim.” Sonra isə həmin əcəm şəxsə buyurdu ki, qırağa çıxsın. O da qırağa çıxdı. Sonra o Həzrət buyurdu: “O, sizin danışdıqlarınız barədə xəlifə üçün məlumat toplayıb onu kağıza yazaraq paltarlarının arasında gizlətmişdir.” Orada olanlardan biri onun paltarlarını axtarıb yazdığı məlumatı tapdı. Bizim haqqımızda çox əhəmiyyətli, eyni zamanda təhlükəli məlumatlar yazmışdı.”[19] Bu hadisədən belə başa düşülür ki, Abbasilər İmama və şiələrə nəzarət etmək məqsədilə hətta zindanda da, onların üstündə gizli nəzarətçi saxlayırmışlar. 2) İmam Həsən Əskəri əleyhissəlamın Əhməd ibn İshaq adlı bir səhabəsi deyir: İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gedib ondan bir şey yazmasını xahiş edərək dedim: “Sizin xəttinizi görmək istəyirəm, qoy bir məktub gəldikdə xəttinizi tanıyım” (və düşmən sizin adınızdan məktub yaza bilməsin). O Həzrət buyurdu: “Mənim xəttim (bir məktubda) bəzi hissələrdə nazik qələmlə, bəzi hissələrdə isə enli qələmlə yazılmışdır. Əgər bir məktubda bu cür xətt fərqi görsən, qorxma (mənim məktubumdur)…”[20] 3) İmamın səhabələrindən biri deyir: “Biz bir neçə nəfər Samirra şəhərinə getdik. Gözləyirdik ki, İmam Həsən Əskəri (əleyhissəlam) evdən çıxsın və biz onu küçədə görək. Bu vaxt o Həzrətdən bizə bu məzmunda bir məktub yetişdi: “Heç biriniz mənə salam verməyin, heç biriniz də mənə tərəf yaxınlaşmayın. Çünki bu, sizin canınız üçün təhlükəyə səbəb olar.”[21] 4) Əbdüləziz Bəlxi deyir: “Bir gün qoyun bazarına tərəf gedən küçədə oturmuşdum. Birdən şəhər darvazasına tərəf gedən İmam Həsən Əskəri əleyhissəlamı gördüm. Ürəyimdə dedim yaxşı olar ki, “Ey camaat, bu, Allahın hüccətidir, onu tanıyın!” – deyə qışqırım. Ancaq fikirləşdim ki, onda məni öldürərlər. O Həzrət mənə yaxınlaşarkən mən ona baxdıqda, barmağını ağzına tutub mənə işarə etdi ki, sakit olum. Mən tez ona tərəf gedib əl-ayağını öpməyə başladım. O, mənə buyurdu: “Ehtiyatlı ol, əgər bu sirri faş etsən, həlak olarsan.” Həmin gün axşam İmamın hüzuruna getdim. O Həzrət mənə buyurdu ki, gərək sirri saxlayasınız, yoxsa öldürülərsiniz. Özünüzü həlak etməyin!”[22] 5) İmam Həsən Əskəri əleyhissəlamın dövründə Ələvilərdən biri işləmək məqsədilə Samirradan çıxıb Cəbəl (İranın Qərb hissəsindəki dağlardan Həmədan və Qəzvinədək olan ərazi) şəhərlərindən birinə gedir. İmamın dostlarından olan hələvanlı bir şəxs onunla rastlaşıb soruşur: Haradan gəlmisən? — Samirradan. — Filan məhəllə və küçəni tanıyırsan? — Bəli! — İmam Həsən Əskəri əleyhissəlamdan xəbərin varmı? — Xeyr! — Bura nə üçün gəlmisən? — İşləmək üçün. — Mənim əlli dinar pulum var, onu götür, birlikdə Samirraya gedək. Məni orada İmam Həsən Əskəri əleyhissəlamın evinə apar. Ələvi şəxs qəbul edib onu İmamın evinə aparır…[23] Bu hadisədən məlum olur ki, hökumətin ciddi təqibi nəticəsində İmam Həsən Əskəri əleyhissəlamın yanına getmək həddən artıq çətin olmuşdur. Bundan əlavə, Hələvandan olan kişinin Ələvi şəxsə onu İmam Həsən Əskəri əleyhissəlamın evinə aparmasına görə bu məbləğdə pul verməsi, o dövrdə İmamla görüşməyin nə qədər əhəmiyyətə malik olduğunu göstərir. Çünki o vaxt əlli dinar pul böyük məbləğ olmuşdur. Ona görə ki, bəzi alimlər (tarixçilər) o vaxt bir dinarı bir dəvənin pulu (bir dəvəyə bərabər) hesab etmişlər.[24] Deməli, o vaxtın əlli dinarı dəyər baxımından indiki dövrdə əlli dəvənin qiymətinə bərabər olmuşdur. İmam Həsən Əskəri əleyhissəlamın yeddicəhətli fəaliyyəti   Abbasilər hökumətinin amansız təqibinə, bu qədər əzab-əziyyətlərinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərmişdir. O Həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar: 1)–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq; 2)–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq; 3)–Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq gizli siyasi fəaliyyət; 4)–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək; 5)–Mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək; 6)–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan geniş istifadə etmək; 7)–Şiələri öz oğlu on ikinci İmamın qeybə çəkilməsi dövrünə hazırlamaq. İndi isə bu fəaliyyətlərin hər birini ayrı-ayrılıqda şərh edirik. 1.Elmi fəaliyyətlər Düzdür, İmam Həsən Əskəri (əleyhissəlam) Abbasilər hökumətinin yaratdığı o cür pis və məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq, o Həzrət çətinliklə də olsa, hər birinin İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş və neçə şagird yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.[25]Onların arasında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, Abdullah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri, Əli ibn Cəfər və Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olmuşdur. Əgər onların göstərdiyi xidmət və fəaliyyətləri barədə yazsaq, bu kitaba sığmaz. Onlar haqqında geniş məlumatı yalnız “rical” kitablarından ələ gətirmək olar.[26] Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu İmam Həsən Əskəri əleyhissəlamdan başqa heç kəs həll edə bilmirdi. İmam bu cür hallarda öz İmamət elmi sayəsində fövqəladə bir tədbir töküb müşkülü həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı. Buna dair aşağıdakı iki nümunəni göstərmək olar. A) FİLOSOFUN SƏHVİ   İbn Şəhr Aşub yazır: “İraq sakini, İslam və ərəb filosoflarından biri hesab olunan İshaq Kendi “Quranın ziddiyyətləri” adlı bir kitab yazır.[27]O, uzun müddət cəmiyyətdən aralanıb evdə oturaraq bu kitabı yazmışdı. Bir gün onun şagirdlərindən biri İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gəlir. İmam onu görcək buyurur: “Sizin aranızda müəlliminiz Kendiyə cavab verə bilən rəşadətli bir kişi yoxdur?” Şagird deyir: “Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik.” İmam buyurdu: “Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?” Şagird “Bəli!” – deyə cavab verir. İmam buyurur: “Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, mənim üçün bir məsələ irəli çıxıb və onu sizdən başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur. Məsələ isə budur ki, Quranı söyləyən şəxs sizin ondan başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tuta bilərmi? O, sənin cavabında deyəcək: Ola bilər. Onda sən ona deyərsən ki, bəlkə Allah-taala Quranda buyurduğu ifadələrdən sizin başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tutmuşdur, lakin siz isə Onun ifadəsini başqa mənaya yozursunuz.” Sonra İmam əlavə edərək buyurdu: “O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər.” Şagird müəlliminin yanına gəlib İmamın buyurduğu kimi etdi. Nəhayət, məsələni ortaya atmağın vaxtı gəlib çatdı. O, İmamın sualını bu cür irəli sürdü: “Ola bilərmi ki, bir nəfər bir söz deyib ondan müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?” İraqlı filosof diqqətlə şagirdin sualını dinləyib dedi: “Sualını bir də de!” Şagird sualı təkrar etdi. Müəllim bir öz fikirləşib dedi: “Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür.” Belə bir sualı öz şagirdinin düşünüb deyə bilməməsini və onun fikrinə bu sualın gələ bilməməsini yaxşı başa düşən müəllim üzünü şagirdə tutub deyir: “Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?” Şagird deyir: “Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?” Müəllim: “Yox, sənin hələ bu məsələni başa düşməyinə çox var. De görüm bu sualı sənə kim deyib?” Şagird: “Doğrusunu bilmək istəyirsənsə, bu sualı mənə İmam Həsən Əskəri (əleyhissəlam) öyrədib.” Müəllim: “Bax indi düz dedin.” Sonra müəllim əlavə edib dedi: “Bu cür suallar ancaq onların ailəsinə yaraşıb. (Həqiqəti üzə çıxaran yalnız onlardır.) Müəllim öz səhvini anlayıb həqiqəti başa düşdükdən sonra böyük bir ocaq qalanmasını əmr edir və öz nəzərinə görə “Quranın ziddiyyətləri” barədə yazdıqlarını oda atıb yandırır. [1] Üsuli-kafi, c.1, səh.503. [2] Əl-İrşad, səh.335. [3] Üsuli-kafi, c.1, səh.503. [4] Əl-ənvarül-bəhiyyə, səh.151. [5] İləlüş-şərayi, c.1, səh.230. [6] Dəlailül-imamət, səh.223. [7] Əl-İrşad, səh.345. [8] İbn Təqtəqa, Əl-Fəxri, səh.243. [9] İbn Təqtəqa, Əl-Fəxri, səh.243. [10] İslamın siyasi tarixi, c.3, səh.377. [11] Biharül-ənvar, c.50, səh.313. [12] Mühtədi, Vasiq ibn Mötəsimin oğlu Mötədi isə Mütəvəkkilibn Mötəsimin oğlu idi. [13] Tarixül-xüləfa, səh. 363–367. [14] İbn Təqtəqa, Əl fəxri, səh.250. [15] Kəşfül-ğümmə, c.3, səh.197. [16] Mənaqibi-Ali-Əbutalib, c.4, səh.434; Dəlailül-imamə, səh.226. [17] Kitabül-qeybət, səh.134. [18] Əbu-Haşim, Cəfər Təyyarın nəslindən olub şiə məzhəbininparlaq nümayəndələrindən biri olması ilə yanaşı, həm də İmam Cavad (əleyhissəlam), İmam Əliyyən-Nəqi (əleyhissəlam)və İmam Həsən Əskəri əleyhissəlamın səhabələrindən olmuşdur. (Qamusur-rical, c.4, səh. 255–258.) [19] Əl-Fusulul-muhimmə, səh.304. [20] Mənaqibi-Ali-Əbutalib, c.4, səh.433. [21] Mənaqibi-Ali-Əbutalib, c.4, səh.433. [22] İsbatul-vəsiyyə, səh.243. [23] Kəşfül-ğümmə, səh.216. [24] İmam Həsən Əskəri əleyhissəlamın həyatı, səh.181. [25] Rical, səh.427. [26] Rical elmi hədis deyənlərdən bəhs edir. [27] Əslində bu kitabı onun oğlu yazmışdır.

Müstəhəb namazlar 30.01.2025

Gecə namazının qılınma qaydası

GECƏ NAMAZI (QISA) GECƏ NAFİLƏSİ Gecə nafiləsi səkkiz rəkətdir: hər iki rəkətdən sonra salam deyirsən, yəni gecə namazı iki rəkət-iki rəkət qılınır. Birinci iki rəkətdə hər rəkətdə “Həmd”dən sonra “Tövhid” surəsini oxu. Yaxud birinci rəkətdə “Həmd”dən sonra “Tövhid” surəsini və ikinci rəkətdə “Kafirun” surəsini oxu. Qalan altı rəkətdə isə “Həmd”dən sonra istədiyin surəni (məsələn, “Tövhid” surəsini) oxu. Həmçinin təkcə “Həmd” surəsini oxumaq da caizdir (icazə verilir). Vacib namazlarda ikinci rəkətdə qunut tutmaq müstəhəb olduğu kimi, gecə namazında da ikinci rəkətdə qunut tutmaq müstəhəbdir. ŞƏF NAMAZI Səkkiz rəkət gecə namazından sonra iki rəkət “şəf” namazı qıl. Hər rəkətdə “Həmd”dən sonra “Tövhid” surəsini oxu. Bunun savabı Quranı xətm etməyə bərabərdir, çünki “Tövhid” surəsi Quranın üçdə biri ünvanındadır. Yaxud “şəf” namazının birinci rəkətində “Həmd”dən sonra “Nas” surəsini, ikinci rəkətində “Fələq” surəsini oxu. VƏTR NAMAZI Şəf namazını bitirdikdən sonra bir rəkət “vətr” namazını qıl. “Həmd”dən sonra “Tövhid” surəsini oxu. Yaxud “Həmd”dən sonra üç dəfə “Tövhid”, bir “Fələq” və bir “Nas” surəsini oxu. “Vətr” namazında “Həmd” və “Surə”dən sonra qunut tut. Qunutda istədiyin duaları et, Allahdan dünya və axirət istəklərini istə. Şeyx Tusi “Misbahul-mutəhəccid” kitabında yazır: ““Vətr” namazının qunutunda istədiyin duanı oxu. Bu qunutda oxuya biləcəyin dualar o qədər çoxdur ki, saya gəlmir.” Qunutda bu duanı oxuya bilərsən: Lə ilə illəllahul həlimul kərim, lə iləhə illəllahul əliyyul əzim, subhanəllahi rabbis səmavatis səb və rəbbil ərəzinəs səb və ma fi hinnə və ma bəynəhunnə və ma fəvqahunnə və ma təhtəhunnə və huvə rabbul ərşil əzim və sələmun ələl mursəlinə vəl həmdulilləhi rabbil aləmin ya allahul ləzi ləysə kəmislihi şəy və huvəs səmiul bəsiru və salli əla muhəmmədin və ali muhəmməd. لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْحَلِيْمُ الْكَرِيْمُ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْعَلِىُّ الْعَظِيْمُ سُبْحَانَ اللّٰهِ رَبِّ السَّمٰوَاتِ السَّبْعِ وَ رَبِّ الْاَرَضِيْنَ السَّبْعِ وَ مَا فِيْهِنَّ وَ مَا بَيْنَهُنَّ وَ مَا فَوْقَهُنَّ وَ مَا تَحْتَهُنَّ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيْمِ وَ سَلَامٌ عَلَي الْمُرْسَلِيْنَ وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ يَا اَللهُ الَّذِيْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيْعُ الْبَصِيْرُ وَصَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ۔ O, həmçinin yazır: “Müstəhəbdir ki, insan qunutda Allah qorxusundan (və ya sevgisindən) ağlasın və ya kövrəlsin, mömin qardaşlar üçün dua etsin. Yaxşı olar ki, qırx möminin adını çəkib onlara dua etsin (onlar üçün bağışlanma istəsin). Çünki qırx möminə dua edənin duası müstəcab olar, inşallah.” Möminə bağışlanma diləmək üçün bu cümləni sonra möminin adını de: Allahumməğfirli haza…  اَللّٰهُمَّ اغْفِرْ لِهٰذَا۔۔۔۔۔ Yaxşı olar ki, qunutda yetmiş dəfə deyəsən: Əstəğfirullahə rabbi vətubu iləyh.        اَسْتَغْفِرُاللهَ رَبِّىْ وَ اَتُوْبُ اِلَيْهِ۔ Hədisə istinadən Həzrət Rəsulallah (s) “vitr” namazında yetmiş dəfə istiğfar edər və yeddi dəfə bu cümləni deyərdi: Hazə məqamul əizi bikə minən nar.                    هٰذَا مَقامُ الْعَاۤئِذِ بِكَ مِنَ النَّارِ۔ Həmçinin hədisə istinadən, İmam Zeynul-abidin (ə) “vitr” namazında üç yüz dəfə deyərdi: Əl əfv, əl əfv!              اَلْعَفْوَ اَلْعَفْوَ۔ Daha sonra bu cümlələri de: Rabbiğfir li vərhəmni vətub ələyyə innəkə əntət təvvabul ğafurur rahim.              رَبِّ اغْفِرْلِىْ وَارْحَمْنِىْ وَ تُبْ عَلىَّ اِنَّكَ اَنْتَ التَّوَّابُ الْغَفُوْرُ الرَّحِيْمُ۔ Sonra səcdəyə get və namazı başa çatdır. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Sonra üç dəfə bu zikri de: Əlhəmduli rabbis sabəhil həmdu lifəliqil isbəh.        اَلْحَمْدُ لِرَبِّ الصَّبَاحِ الْحَمْدُ لِف Yaxşı olar ki, Hazin duasını oxuyasınız. Sonra səcdəyə get (bu böyük uğur üçün – gecə namazı qılmağa müvəffəq ola bildiyin üçün – şükür səcdəsi et) və beş dəfə de: Subbuhun, quddusun, rabbul məlaikəti vər ruh. Səcdədən qalxıb əyləş və “Ayətəl-kürsi”ni oxu. Daha sonra yenidən səcdəyə get və həmin zikri beş dəfə de.

Alimlərdən sitatlar 30.01.2025

KEŞİŞ MİLLER – QURANDA SƏHV AXTARARKƏN İSLAMI SEÇDİ

Kanadada Toronto Universitetinin professoru, riyaziyyat və məntiq müəllimi Qari Miller (Gary Miller) Kanadada məşhur Xristian təbliğatçısı, həm də İncili dərindən bilən bir keşiş olub. 1977-ci ildə doktor Miller səhv axtarıb müsəlmanları Xristianlığa dəvət etmək məqsədilə Qurani-Kərimi oxumaq fikrinə düşür. O, səhra həyatından bəhs edən və yaşı 14 əsri ötmüş köhnə fikrli bir kitabla qarşılaşacağını gözləyir. Lakin professor onu oxuduqca təəccüb və heyrət içində qalır. Quranda olan dərin məzmunun heç bir kitabda olmadığını görür. Hətta, bu dünyada başqa heç bir kitabda rast gəlinməyəcək həqiqətləri kəşf edir. Doktor Qurani-Kərimdə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) başına gələn hadisələri tapacağını düşünür. Məsələn, dəyərli həyat yoldaşı Xədicənin (Allah ondan razı olsun), qızlarının və oğlan uşaqlarının hüzn dolu hekayələrini Quranda oxuyacağını zənn edir. Amma o, bunların heç birinə Qurani-Kərimdə rast gəlmir. Onu ciddi düşündürən bir məqam da, Quranda bütöv bir surənin Məryəmin (Allahın ona salamı olsun) adını daşıması və İncildə belə rast gəlinməyəcək dərəcədə Quranın Məryəmə (Allahın ona salamı olsun) verdiyi dəyər idi. Halbuki, Qurani-Kərimdə nə Aişənin (Allah ondan razı olsun), nə də Fatimənin (Allah ondan razı olsun) adını daşıyan bir surənin mövcud olmaması onu çox təəccübləndirir. İsa peyğəmbərin (Allahın ona salamı olsun) Qurani-Kərimdə 25 yerdə adının keçdiyini, lakin Məhəmmədin (Allahın ona salavat və salamı olsun) adının isə sadəcə 5 yerdə yer aldığını gördüyündə heyrəti neçə qat daha artır. Bu ayə isə onun gözünü çox açır. Allah-Təala buyurur: ﴿ أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ ۚ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا ﴾ “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar”. (“ən-Nisa” surəsi, 82-ci ayə) Miller deyir: “Maraqlıdır ki, Quran, istər müsəlman, istərsə də qeyri-müsəlman olsun, hər kəsə bu məsələdə meydan oxuyur və özündə heç vaxt bir səhv tapa bilməyəcəklərini elan edir. Quranın ilk səhifələrini açdıqda belə orada bu kitabda heç bir səhvin, şübhənin olmadığını deyən ayəyə rast gəlirsən. Allah-Təala buyurur: ﴿ الم. ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ ﴾ “Əlif. Ləm. Mim. Bu, onda heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır”. (“əl-Bəqərə” surəsi, 1,2-ci ayələr) Dünyada heç bir yazıçı belə bir cürət edə bilməz. Yəni bir kitab yazıb “bu kitab hər cür xətadan uzaqdır” demə cəsarətinə sahib ola bilməz. Bunu yeganə istisna olaraq Qurani-Kərim özündə səhv və ziddiyyət olmadığını və buna heç vaxt rast gəlinməyəcəyini söyləyir. Hətta, sənə o kitabda səhv tapmağa cəhd etməyi də ərz edir. Lakin səhv tapa da bilməzsən!” Professor Millerin üzərində durduğu və ən çox təsirindən çıxa bilmədiyi ayə isə “Ənbiya” surəsinin 30-cu ayəsi olur. Uca Allah buyurur: ﴿ أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ ﴾ “Məgər kafir olanlar göylə yer bitişik (kütlə) ikən Bizim onları (parçalayıb bir-birindən) ayırdığımızı, hər bir canlını da sudan yaratdığımızı bilmirlərmi?! (Bütün bunları aşkar etdikdən sonra) Yenə də (Allaha) iman etməzlərmi?!” (“əl-Ənbiyə” surəsi, 30-cu ayə) Miller deyir: “1400 il bundan öncə nazil olan bu ayə dəqiq olaraq 1973-cü ildə Nobel mükafatına layiq görülmüş elmi araşdırmanın mövzusudur. Hansi ki, o araşdırma bütün kainatın bir kütlədən ayrılaraq yarandığını kəşf etmişdi”. Ayənin sonundakı bütün canlıların sudan yarandığını deyən hissə barəsində Miller belə söyləyir: “Bu dəhşətli bir şeydir. Müasir elm canlı hüceyrənin 80%-ni təşkil edən sitoplazmadan ibarət olguğunu kəşf etmişdir. Həqiqətən də, sitoplazma əsasən sudan ibarətdir. Səmadan gələn vəhylə bağlılıq olmasaydı 1400 il bundan əvvəl yaşayan və yazıb oxumaq bilməyən birisinin bunları bilməsi qəti olaraq mümkünsüz olardı”. Miller, həmçinin, deyir: “Əgər Məhəmməd (Allahın ona salavat və salamı olsun) Allahın elçisi deyilsə, o zaman bu qədər özünəinamı haradan ala bilərdi?! Quranda elə həqiqətlər var ki, onları Allahdan başqasına aid etmək ağılsızlıqdır. Belə ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmisi Əbu Ləhəb İslama şiddətli nifrət edirdi. Nifrəti o dərəcədə idi ki, həmişə Məhəmmədi (Allahın ona salavat və salamı olsun) təqib edib onun sözlərinin təsirini gücdən salıb dəyərsizləşdirməkdən ötrü əks sözlər danışardı. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) danışdığı insanlara o da dərhal yaxınlaşıb “Məhəmməd (Allahın ona salavat və salamı olsun) sizə ağ deyirsə bilin ki, qara, qara deyirsə bilin ki, ağdır və gecə desə gündüz, gündüz desə gecədir” kimi sözlərlə insanları çaşdırırdı. Onun məqsədi Məhəmmədin (Allahın ona salavat və salamı olsun) söylədiklərinə qarşı insanlarda şübhə oyandırmaq idi. Qəribə tərəfi budur ki, Əbu Ləhəbin ölümündən 10 il əvvəl “Məsəd” adlı surə nazil oldu. Həmin surədə deyilir: ﴿ تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ. مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ. سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ ﴾ “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. O, alovlanan oda (Cəhənnəmə) atılacaqdır”. (“əl-Məsəd” surəsi, 1-3-cü ayələr) Bu surə Əbu Ləhəbin Cəhənnəmə gedəcəyini və heç vaxt imana gəlib İslamı qəbul etməyəcəyini açıq-aşkar vurğulayır. Bu on ildə Əbu Ləhəb kimi İslam düşməni Quranın iddiasını yalanlamaq üçün çox bəsit bir addım ata bilərdi. Çıxıb insanlara yalandan da olsa “Məhəmməd (Allahın ona salavat və salamı olsun) mənim müsəlman olmayacağımı və Cəhənnəmə gedəcəyimi söyləyir, amma mən indi müsəlman olub İslamı qəbul edirəm” – deyə bilərdi. Amma Əbu Ləhəb hər məsələdə inadla peyğəmbərə (Allahın ona salavat və salamı olsun) əks çıxdığı halda, bu nöqtədə əks çıxmadı. Bu olayla, sanki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Əbu Ləhəbə “Sən mənə nifrət edirsən, hər işimə qarşı çıxırsan. İndi sənə çox yaxşı bir fürsət verildi. Bu fürsətdən istifadə et və mənim sözlərimi yalanla”- deyirdi. Sizcə, on il az zamandırmı? Amma Əbu Ləhəb bu on ildə bunu etmədi. Heç üzdə də olsa özünü müsəlman kimi göstərməyərək müsəlmanlara qarşı eyni nifrətdə qaldı. Hətta, Əbu Ləhəb bu on ildə bir dəqiqənin içərisində İslamı yerlə bir etmək fürsətinə sahib ikən bunu etmədi. Demək ki, bu qeyb xəbərini verən Quran, Məhəmmədin (Allahın ona salavat və salamı olsun) sözü deyil. Tam əksinə, bu, Əbu Ləhəbin qətiyyən müsəlman olmayacağını bilən Allahın sözüdür. Əgər Allahdan gələn bir vəhy olmasaydı, Məhəmməd (Allahın ona salavat və salamı olsun) Əbu Ləhəbin bu surədə bildirilən həqiqəti doğrulayacağını hardan bilərdi?! Əgər vəhyin Allahdan gəldiyini bilməsəydi, söylədiklərinin haqq olduğuna necə bu qədər əmin olardı?! Halbuki, İslama qarşı düşmənçilik edənlərin bir çoxları sonradan İslama daxil olmuşdular. Əbu Ləhəb də onlardan biri ola bilərdi. Allahın elçisi olmayan bir kimsə necə bu qədər özündən əmin olub bir insanın heç vaxt müsəlman olmayacağını və İslama qarşı düşmənçiliyində davam edərək Cəhənnəmə gedəcəyini söyləyə bilərdi?!” Professor bildirir: “Bəziləri iddia edirlər ki, Quranı yazmaqda guya şeytanlar Məhəmmədə (Allahın ona salavat və salamı olsun) kömək etmişdir. Bu barədə Allah-Təala buyurur: ﴿ وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ. وَمَا يَنْبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ ﴾ “(Quranı) şeytanlar endirmədi. Onlar buna layiq deyildirlər və (bunu) bacara da bilməzlər”. (“əş-Şuara” surəsi, 210 ,211-ci ayələr) Allah-Təala, həmçinin, buyurur: ﴿ فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ ﴾ “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!” (“ən-Nəhl” surəsi, 98-ci ayə) Məgər şeytanların kitab yazma metodu belə ola bilərmi?! Kitab yazıb sonra deyir ki, bu kitabı oxumadan öncə məndən Allaha sığın?! Həqiqətən də bu möcüzəvi ayələr möcüzə dolu bir kitabın ayələridir və bu şübhəni iddia edənlərə qarşı məntiqi bir dəlildir”. Doktor Miller Quranda digər bir maraqlı nüansa toxunaraq belə qeyd edir: “Quranda insanı heyrətə gətirən elə bir yanaşma var ki, buna heç bir şəkk və şübhəsiz digər kitablarda rast gəlinmir. Belə ki, Qurani-Kərim  müəyyən bir tarixi məlumatlar verərək sonra deyir ki, “Bunu nə sən, nə də qövmün bilmirdi”. Məsələn: Allah-Təala Qurani-Kərimdə ta qədim zamanlardan xəbər verərək Nuh Peyğəmbər (Allahın ona salamı olsun) barəsində ayələr nazil etdikdən sonra buyurur: ﴿ تِلْكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنْتَ تَعْلَمُهَا أَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هَٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ ﴾ “Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilmirdi. (Onların etdiklərinə) Səbr et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilər üçündür”. (“Hud” surəsi, 49-cu ayə) Uca Allah Yusif peyğəmbər (Allahın ona salamı olsun) haqda ayələr nazil edərkən buyurur: ﴿ ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوا أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ ﴾ “Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin”. (“Yusuf” surəsi, 102-ci ayə) Həmçinin, Məryəm (Allahın ona salamı olsun) haqda da ayələr nazil edərkən buyurur: ﴿ ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴾ “Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk üçün çaya) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə (Məryəmin himayəsi üçün) mübahisə etdikdə də sən onların yanında deyildin”. (“Əli İmran” surəsi, 44-cü ayə) Qurandan savayı dini müqəddəs kitablar hesab olunan heç bir kitabda bu cür üslub yoxdur. Quran məlumat verir və sonra da  bu məlumatın yeni olduğunu bildirir. Bu mövzuda təəccüb doğuran bir şey də odur ki, Quran ayələri meydan oxuyaraq bu məlumatların yeni olduğunu, nə Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) nə də ki, onun qövmünün bu məlumatlardan xəbərsiz olduğunu bildirən ayələr nazil olarkən İslama düşmən kəsilən Məkkə əhli bu ayələri eşidib, lakin “biz bu xəbərləri bilirik, bunlar yeni deyildir” – deməyə belə cürət etməzdilər. Hətta, “biz bilirik bu xəbərlər Məhəmmədə (Allahın ona salavat və salamı olsun) haradan gəlir” – deyib onu yalanlamazdılar. Çünki doğrudan da bu xəbərlər bütünlüklə yeni xəbərlər idi və bəşər ağlından deyil, keçmişin, indinin və gələcəyin qeybini bilən Allah tərəfindən idi”. Miller digər bir incə məqama da toxunaraq deyir: “İlk araşdırmalara başlayarkən Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatı haqda kitab yazan və ona nifrətlə yanaşan Rodens adlı bir ateistin kitabını oxudum. Oxuyarkən Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyatında bir neçə diqqət çəkən hadisələr var idi ki, onlar məni çox təəccübləndirdi. O hadisələrdən biri budur ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) yaşlı ikən iki yaşlı İbrahim adlı oğlu vəfat edir. Uşağın vəfat etdiyi  gündə günəş tutulur və hava qaralır. Müsəlmanlar tez gəlib deyirlər ki, “möcüzə baş verdi! Oğlun vəfat etdiyi üçün hüzndən günəş tutuldu və hava qaraldı!” Gəlin diqqət edək! Əgər o, dəli olsaydı bu sözləri təsdiqləyib deyərdi: “Bəli! Möcüzə baş verdi! Oğlum vəfat etdiyi üçün hüzndən günəş tutuldu və hava qaraldı!” Əgər yalançı peyğəmbər idisə, fürsətdən istifadə edərək deyərdi: “Bəli! Möcüzə baş verdi! Oğlum vəfat etdiyi üçün hüzndən günəş tutuldu və hava qaraldı! Bu xəbəri insanlar arasında yayın! Çünki bu mənim peyğəmbərliyimə olan bir sübutdur!” Lakin o, nə etdi? Bu sözlərlə razılaşmayıb dedi: “Həqiqətən də, Günəş və Ay Allahın möcüzələrindən olan iki möcüzədir. Heç bir kəsin ölümü və həyatına görə tutulmazlar!” (Hədisi Buxari və Müslim rəvayət etmişdir.)” Professor “Bütün bunlardan aydın olur ki, Quran Uca Allahın vəhy yolu ilə göndərdiyi müqəddəs kitabdır. Oradakı hər bir məlumat İlahi bir qüvvəyə əsaslanır. Qurani-Kərim Allahın kəlamıdır” – söyləyir və 1977-ci ildə İslamı qəbul edir. Allah ona İslam nemətini nəsib etdikdən sonra çıxışlarının birində Miller müsəlmanlara belə səslənmişdir: “Ey müsəlmanlar! Əgər sahib olduğunuz nemətin nə qədər böyük olduğunu lazımınca bilsəydiniz, sizi müsəlman ata- anadan dünyaya göndərdiyi, müsəlman bir ailədə yetişmə imkanı verdiyi və bu uca dində yaşatdığı üçün Allaha daha çox həmd edərdiniz”. İslam dinini qəbul edən Qari Miller (Gary Miller) İslam dəvəti üçün faydalı olan bir çox kitabların müəllifidir. Əvvəl böyük bir missioner olan, insanları Xristianlığa hərarətlə çağıran bir alim, müsəlman olduqdan sonra Kanadada İslamın ən fəal və məşhur təbliğatçılarından birinə çevrilir. Professor Miller müsəlman olduqdan sonra adını dəyişərək Abdul Əhəd Ömər etmiş və bir çox kitablar qələmə almışdır. Bunlara “Möcüzəvi Quran”, “İsanın ilahiliyi iddiasına qarşı düşüncələr”, “Müsəlman inancının əsasları”, “İncil ilə Quran arasında fərq” və sairi nümunə göstərmək olar.

Pak sülalə 30.01.2025

Həzrət Məsumənin (s) vəfatı

Həzrət Məsumənin (ə) vəfatı münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: Xanım Məsumənin (ə) atası yeddinci imam həzrət Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi Məsumədir. Digər ləqəbləri isə belədir: Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza. Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: 1. Fatimeyi-Kubra; 2. Fatimeyi-Suğra; 3. Fatimeyi-Vusta; 4. Fatimeyi-Uxra. Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir. “Bibi Heybət” adı ilə məşhur olan Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur. İRANA SƏFƏRİ 200-cü hicriiqəməri ilində Məmun Abbasinin israr və təhdidindən sonra imam Rza (ə) Mərv şəhərinə, oradan da yanında Əhli-beytindən heç bir kəs olmadığı halda Xorasana yollanır. İmam Rzanın (ə) hicrətindən az sonra həzrət Məsumə (ə) qardaşını görmək arzusu ilə bir dəstə qohum-əqrəbası ilə Xorasana yola düşür. Keçdikləri bütün şəhərdə camaat onları təntənə ilə qarşılayıb, onlara məhəbbət bəsləyir. O həzrət də böyük bibisi həzrət Zeynəb (ə) kimi qardaşı imam Rzanın (ə) məzlumiyyəti və qəribliyini mömin və müsəlman xalqlara çatdırıb, Abbasi sülaləsinin hiyləgər hökumətinə qarşı müxalifətini bəyan edirdi. Karvan İranın Savə şəhərinə çatdıqda, dövlət məmurlarının himayə etdiyi bir qrup Əhli-beyt müxalifləri onların kişilərini şəhid edirlər. Bir rəvayətə görə, həzrət Məsuməni (ə) də zəhərləyirlər, qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələnib, Xorasana getməkdən aciz qalır. QUM ŞƏHƏRİNƏ GƏLİŞİ O həzrət Xorasana gedə bilmədiyini gördükdə soruşur: “Savədən Quma nə qədər yol vardır?” Yolun məsafəsindən xəbər tutduqda buyurur: “Məni Quma aparın, çünki atamdan eşitmişəm ki, Qum şəhəri bizim şiələrimizin mərkəzidir.” Şəhərin ağsaqqalları və alimləri bu sevindirici xəbəri eşitdikdə, o həzrətin pişvazına çıxırlar. Əşəri qəbiləsinin rəisi Musa ibn Xəzrəc o həzrətin dəvəsinin cilovunu tutur və çoxları da Xanımın əyləşdiyi kəcavənin ətrafına toplaşırlar. Həzrət Məsumə (ə) 201-ci hicri-qəməri ilində, təqribən Rəbiül-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil olur. Ondan sonra “Mir” meydanında Musa ibn Xəzrəcin evinin qapısı qarşısında kəcavədən enib, onun qonağı olur. O həzrət bu şəhərdə 17 gün qalır və bu müddət ərzində ibadətlə məşğul olur. O həzrətin ibadət etdiyi yerdə bu gün “Beytün-nur” adı ilə məşhur bir mədrəsə yerləşir və hal-hazırda ziyarətgah sayılır. VƏFATI Həzrət Fatimeyi-Məsumə (ə) (201-ci h.q ilində Rəbiüs-sani ayının 10-da qardaşı imam Rzanı (ə) görmədən, qərib ölkədə böyük qəm-qüssə ilə əbədiyyətə qovuşur. Qum əhli onu dəfn etmək üçün “Babulan” bağına – bugünkü ziyarətgah yerinə aparırlar. Qəbir qazıldıqdan sonra camaat o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliyə düşürlər. Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkilmiş iki atlı sürətlə camaata yaxınlaşır. Cənazəyə namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil olur, digəri isə Xanımın pak cəsədini götürüb ona verir. Hər ikisi Xanımın dəfn mərasimindən sonra heç kimlə danışmadan atlarına minib, oradan uzaqlaşırlar. Onların Allah-Taalanın iki “höccət”i sayılan imam Rza (ə) və imam Cavad (ə) olması ehtimalı verilir. (“Tarixi-Qum”, səh. 213.) Çünki şəriətə görə, məsum şəxs başqa bir məsumun vasitəsilə dəfn olunmalıdır. Həzrət Məsumənin dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üstündə öz əlilə qamışdan toxunmuş həsirdən bir kölgəlik (çardaq) düzəldir. 265-ci hicri-qəməri ilində imam Cavadın (ə) qızı Zeynəb onun qəbri üstündə ilk dəfə olaraq günbəz tikdirir. (“Məzaratu Əhlil-beyt”, səh. 200.) Beləliklə, həzrət Məsumənin (ə) müqəddəs qəbri vilayətsevər şiələrin ziyarətgahına çevrilir.

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İmam Əliyyən-Nəqinin (ə) şəhadəti

O Həzrətin (ə) mübarək adı Əli əleyhissəlamdır. Nəqi o həzrətin ləqəbidir. Atası İmam Məhəmməd Təqi əleyhissəlam anası Susən xanımdır. İmam Əliyyən Nəqi əleyhissəlam hicrətin 214-cü ilində zilhəccə ayının on beşində Məmun ər-Rəşidin xilafəti zananı Mədinədə dünyaya gəlib. Künyəsi-Əbülhəsəndir, bəzən də ona Əbülhəsən-Salis,yəni üçüncü Əbül-Həsən deyirlər. Bu mənada ki, birinci Əbül-həsən-İmam Musa əleyhissəlam, ikinci İmam Rza əleyhissəlam cənablarıdır. O həzrət (ə) orta boylu, qırmızıya mayil ağ üzlü, yanaqları bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı idi. Qəmli adamlara o cənab (ə) baxanda, onların dərdi-qəmi azalardı. O cənabı (ə) görən hər kəsin qəlbində ona qarşı məhəbbət yaranardı. Bununla belə, onun heybəti də çox böyük idi. Düşmənləri onun qarşısında təməllüq edərdilər. O cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüm əlaməti görünərdi, daim Allah-Taalanın zikrini edərdi. Yol gedəndə kiçik addımlar atardı və çox vaxt piyadə gedəndə tərlərdi. Yerişi vüqarlı,özü təmkinli və həyalı idi. Danışanda öz həmsöhbətinin üzünə baxmazdı, ucadan danışmazdı, məclislərdə yuxarıda oturmağa meyl göstərməzdi, amma onu hər məclisin sədrində əyləşdirərdilər. O cənab (ə) Məmunun xilafəti zamanında dünyaya gəlib. Ondan sonra Məmunun qardaşı Mütəsim, onun oğlu Vasiq, onun qardaşı Mütəvəkkil, onun oğlu müntəsir, onun da oğlu Müstəin və Mütəvəkkilin o biri oğlu Mütəz xilafət edən zamanlarda yaşamışdır. Bu yeddi Abbasi xəlifələrindən o həzrətə (ə) çox böyük zülmlər, ihanətlər və hörmətsizliklər varid olmuşdur. Xüsusilə, mütəvəkkil onun ən qəddar düşməni idi. O zəmanədən şikayət etməyi sevməzdi. Hər dəfə ona edilən təzyiqlərin, əzab-əziyyətin acı dadını hiss etsə də yenə öz təmkinini itirməz, sakit, mədəni bir görkəmdə durar, həmişə belə vaxtlarda əlini o uca göylərə uzadıb ilahi kəlmələrini pıçıldayardı. Bəzən pıçıltılar, bu Allah kəlamları da onu əhatə edən zalım adamları, hökumət idarələrində çalışan məmurları qıcıqlandırır, İmam Əli Nəqiyə (ə) qarşı ciddi cəza tədbirləri görmək üçün hiyləyə əl atırlar. İmam saf adam idi. Əbəs yerə ona Nəqi ləqəbi verməmişdilər. Onun bi saflığı, təmizliyi xilafəti qorxudurdu. Bu bədxah niyyətli adamlar İmamın sakit, təvazökar görkəmdə durmasından da arxayın ola bilmirdilər. Nəhayət, hiylə yolu tutmuş bu adamlar mütəzzin xilafəti zamanında ona zəhər verdilər. Ölümünün yaxınlaşdığını hiss edən İmam Əli əleyhissəlam öz oğlu İmam Həsən Əskəri əleyhissəlamı çağırıb Rəsuli-Əkrəmin Allahın salamı olsun ona və başqa peyğəmbərlərin mirasını, nuru, hikməti və İsmi-Əzəmi ona təslim etdi. Bu zəhərin təsirindən o cənab (ə) 254-cü hicri ilində rəcəb ayının 3-də 40 yaşında Samirədə şəhid edilddi. Onun oğlu İmam Həsən Əskəri əleyhissəlam ona qüsl və kəfən edib, namaz qıldı və on ildən artıq öz ailəsi ilə birlikdə yaşadığı evdə dəfn etdi. Səhih rəvayətə görə, o həzrətin dörd oğlu, bir qızı olub.

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İmam Hadi (ə)-ın Həyatı barədə qısa məlumat

İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü. O Həzrətin (ə) mübarək adı Əli əleyhissəlamdır. Nəqi o həzrətin ləqəbidir. Atası İmam Məhəmməd Təqi əleyhissəlam anası Susən xanımdır. İmam Əliyyən Nəqi əleyhissəlam hicrətin 214-cü ilində zilhəccə ayının on beşində Məmun ər-Rəşidin xilafəti zananı Mədinədə dünyaya gəlib. Künyəsi-Əbülhəsəndir, bəzən də ona Əbülhəsən-Salis,yəni üçüncü Əbül-Həsən deyirlər. Bu mənada ki, birinci Əbül-həsən-İmam Musa əleyhissəlam, ikinci İmam Rza əleyhissəlam cənablarıdır. O həzrət (ə) orta boylu, qırmızıya mayil ağ üzlü, yanaqları bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı idi. Qəmli adamlara o cənab (ə) baxanda, onların dərdi-qəmi azalardı. O cənabı (ə) görən hər kəsin qəlbində ona qarşı məhəbbət yaranardı. Bununla belə, onun heybəti də çox böyük idi. Düşmənləri onun qarşısında təməllüq edərdilər. O cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüm əlaməti görünərdi, daim Allah-Taalanın zikrini edərdi. Yol gedəndə kiçik addımlar atardı və çox vaxt piyadə gedəndə tərlərdi. Yerişi vüqarlı,özü təmkinli və həyalı idi. Danışanda öz həmsöhbətinin üzünə baxmazdı, ucadan danışmazdı, məclislərdə yuxarıda oturmağa meyl göstərməzdi, amma onu hər məclisin sədrində əyləşdirərdilər. O cənab (ə) Məmunun xilafəti zamanında dünyaya gəlib. Ondan sonra Məmunun qardaşı Mütəsim, onun oğlu Vasiq, onun qardaşı Mütəvəkkil, onun oğlu müntəsir, onun da oğlu Müstəin və Mütəvəkkilin o biri oğlu Mütəz xilafət edən zamanlarda yaşamışdır. Bu yeddi Abbasi xəlifələrindən o həzrətə (ə) çox böyük zülmlər, ihanətlər və hörmətsizliklər varid olmuşdur. Xüsusilə, mütəvəkkil onun ən qəddar düşməni idi. O zəmanədən şikayət etməyi sevməzdi. Hər dəfə ona edilən təzyiqlərin, əzab-əziyyətin acı dadını hiss etsə də yenə öz təmkinini itirməz, sakit, mədəni bir görkəmdə durar, həmişə belə vaxtlarda əlini o uca göylərə uzadıb ilahi kəlmələrini pıçıldayardı. Bəzən pıçıltılar, bu Allah kəlamları da onu əhatə edən zalım adamları, hökumət idarələrində çalışan məmurları qıcıqlandırır, İmam Əli Nəqiyə (ə) qarşı ciddi cəza tədbirləri görmək üçün hiyləyə əl atırlar. İmam saf adam idi. Əbəs yerə ona Nəqi ləqəbi verməmişdilər. Onun bi saflığı, təmizliyi xilafəti qorxudurdu. Bu bədxah niyyətli adamlar İmamın sakit, təvazökar görkəmdə durmasından da arxayın ola bilmirdilər. Nəhayət, hiylə yolu tutmuş bu adamlar mütəzzin xilafəti zamanında ona zəhər verdilər. Ölümünün yaxınlaşdığını hiss edən İmam Əli əleyhissəlam öz oğlu İmam Həsən Əskəri əleyhissəlamı çağırıb Rəsuli-Əkrəmin Allahın salamı olsun ona və başqa peyğəmbərlərin mirasını, nuru, hikməti və İsmi-Əzəmi ona təslim etdi. Bu zəhərin təsirindən o cənab (ə) 254-cü hicri ilində rəcəb ayının 3-də 40 yaşında Samirədə şəhid edilddi. Onun oğlu İmam Həsən Əskəri əleyhissəlam ona qüsl və kəfən edib, namaz qıldı və on ildən artıq öz ailəsi ilə birlikdə yaşadığı evdə dəfn etdi. Səhih rəvayətə görə, o həzrətin dörd oğlu, bir qızı olub.

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) DUA VƏ MÜNACAT VASİTƏSİLƏ DİNİ TƏBLİĞATI

Şiə çox zəngin dua, münacat və ziyarət mədəniyyətinə malikdir ki, islami təriqətlərin heç birində bu qədər dua, münacat və ziyarətnamələr yoxdur. Elə bu da şiə mədəniyyəti və cəmiyyətində dini ixlas, nəfsin saflaşması və paklanmasını gücləndirən şiəliyin mənəvi çöhrəsinin əlamətidir. Şiə imamları arasında duanın çox önəmli və uca yeri vardır. Onlardan bəziləri dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar. İmam Əliyyən-Nəqi (ə) öz proqramında dua və münacata çox əhəmiyyət vermiş, şiələri tərbiyə etməkdə, şiə mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və münacat qəliblərindən geniş surətdə istifadə etmişdir. Bu dualarda Allahla raz-niyaz etməklə yanaşı, bəzi siyasi-ictimai məsələlərə də müxtəlif şəkillərdə işarə olunmuşdur. Elə bu işarələr şiənin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları onların cəmiyyətinə təlqin etmişdi. İndi bu dualarda bəhs edilən bəzi məsələlərə işarə edirik: 1. Camaatla Əhli-beyt (ə) arasında rabitə yaratmaq: Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) tez-tez salavat göndərməyin kənarında ümmətlə Ali-Mühəmməd (ə) arasında möhkəm və qırılmaz bağlılıq yaratmağa xüsusi təkid edilmişdir. Nümunə olaraq, bu duanın bir hissəsinə diqqət yetirək: “İlahi, Mühəmmədə (s) və Əhli-beytinə salam və salavat göndər, mənimlə onlar arasında olan əlaqəni dünya və axirətdə kəsmə, mənim əməllərimi onların hörmətinə xatir qəbul et!” (“Misbahul-mutəhəccid”, s.239.) 2. Əhli-beytin (ə) uca məqamı və rəhbərliyinə təkid etmək: İmam Əliyyən-Nəqidən (ə) nəql edilən və əlimizə çatmış ziyarətnamələrdə Əhli-beytin üstünlüyü, onların İslam ümmətinin rəhbəri olduğuna tez-tez təkid edilmiş və Rəsulullahın (s) xüsusi mənada Əhli-beyti “rəhmət mədənləri”, “elm xəzinədarları”, “ümmətin qüdrətliləri”, “Allahın əmanətdarları”, “hidayət imamları”, “peyğəmbərlərin varisləri”, “dünya və axirət əhlinin höccətləri” və s. kimi təbirlərlə vəsf edilmişdir. (“Mən la yəhzuruhul-fəqih”, c.2, s.60) Həmin ziyarətnamədə hidayət imamlarına xitab olunaraq belə deyilir: “Şəhadət verirəm ki, siz,hidayət edən, hidayət olmuş, məsum, fəzilətli, Allaha yaxın, təqvalı, sadiq, Allah tərəfindən seçilən və Ona itaət edən imamlarsınız.” Burada imamların (ə) spesifik xüsusiyyət və fəzilətlərini qeyd etməklə yanaşı, imam Əliyyən-Nəqi (ə) şiələrə “imam” sözünə dəqiq şəkildə tərif vermiş və imamda zəruri xüsusiyyətləri bildirmişdir. 3. Əhli-beyt (ə) məktəbinə təkid etmək: “Dua” və “ziyarətnamə”lərin başqa bir hissəsində o həzrət şiələrə imamların uca məqamını öyrədir. Onlar barədə şəhadət verərkən deyir: “Allah yolunda lazım olduğu kimi cihad etdiniz, dəvətini elan, ilahi hökmləribəyan etdiniz və sərhədlərini canlandırdınız. Allahın hökmlərini yaydınız və ilahi adət-ənənələri qorudunuz. Quranın “təvil” və “tənzil”i, Allahın ayələri, nuru, açıq-aşkar dəlili sizin yanınızdadır və ixtilaflar sizinlə həll edilir.” Beləliklə, imam Əliyyən-Nəqinin (ə) nəzərində ilahi maarif və təlimləri yalnız Peyğəmbərin (s) və onun Əhli-beytinin məktəbində axtarmaq lazımdır. Yalnız Əhli-beytin məktəbi və təlimlərinə itaət edənlər haqq yoldadırlar; “Sizdən üz çevirən dindən çıxar, sizə itaət edənlər isə düz yolda olarlar.” (“Müsnədi-imam Hadi (ə)”, Əzizullah Ətarudi, səh.249.) 4. Zülm və sitəmlə mübarizə: Şiənin qəbul etdiyi ən aşkar məsələlərdən biri zülm və haqsızlıqla mübarizədir. İmam Əliyyən-Nəqidən (ə) nəql edilən dualarda bu mətləb tamamilə müşahidə olunur. Bu dualardan biri də “məzlumun duası”dır. (“Müsnədi-imam Hadi (ə)”, Əzizullah Ətarudi, səh.189-190.) Bu duada zalım və qəddarların zülmünün aradan qaldırılması üçün Allahdan kömək istənilir və zülmün aradan qaldırılması Allahın öhdəsinə qoyulsa da, lakin onda məqsəd camaata tətbiq olunan zülm və haqsızlıqdan xəbərdar etməkdir. Zülmün aradan qaldırılmasında ən zəruri məsələ elə budur. Bu dua dövrün xəlifəsi Mütəvəkkilin imam Əliyyən-Nəqiyə (ə) rəva gördüyü zülm və xəyanətdən sonra o həzrətin dilində cari olmuş və siyasi məna daşıdığı gün kimi aydındır: İlahi! Tezliklə möminləri əzabdan qurtar və onu (əzabı) açıq bir şəkildə zalımlara göndər. İlahi! Əzabı sığınacaq istəyənlərdən uzaqlaşdır və onu məğrurlara və təkəbbürlülərə yağdır. Ey mənim Allahım! Tezliklə haqq tərəfdarlarına kömək et və zülm tərəfdarlarını öldürücü zərbə ilə məhv et. Ey mənim Allahım! Zalımları məhv et. İftira yaxanlara qəzəbli ol. İmam Hadi (ə) Mütəvəkkilin etdiyi əzab-əziyyətlərdən təngə gəlir, Allah-taalaya yalvarıb, onu bu əzabdan qurtarmağını istəyir. Bunun üçün də belə dua edir: “…Ey mənim mövlam! Dəqiq bilirəm ki, sənin zalımlardan intiqam alıb məzlumun haqqını qaytaracaq bir günün vardır. Yəqin ki, qəsbkarın cəzasını verib qəsb olunmuşun haqqını qaytaracaq bir zamanın vardır. Çünki heç bir inadkar təkəbbürlü Səndən qabağa keçə bilməz, Sənə qarşı çıxan heç bir şəxs əlindən qaça bilməz… Lakin mənim dözümsüz və taqətsiz olmağım Sənin təqdirinə səbir etməyə və hökmünü gizləməyə qoymur. Sənin üzərimdə olan qüdrətin, ey sərvərim və mövlam, bütün qüdrətlərdən üstündür, səltənət və hakimiyyətin bütün səltənətlərə qalibdir. Möhlət versən də, hər kəsin qayıdışı Sənə tərəfdir. Fürsət versən də, hər bir zalım Sənə tərəf qayıdacaq. Sənin filankəsin oğlu filankəslə yaxşı rəftarın, onun üçün təyin etdiyin təqdirin uzun çəkməsi və ona möhlət verməyin artıq mənə zərər verir, əgər Sənə olan inamım və verdiyin vədə yəqinim olmasaydı, məyusluq mənə güc gələrdi. …Ey məzluma və haqqı pozulmuşa kömək edən! Səndən duamı qəbul etməyi diləyirəm.”

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü

Allahın adı ilə O Həzrətin (ə) mübarək adı Əli, Nəqi isə ləqəbidir. Atası İmam Məhəmməd Təqi (ə) anası Susən. İmam Əli Nəqi (ə) hicrətin 214-cü ilində zilhəccə ayının on beşində Məmun ər-Rəşidin xilafəti zananı Mədinədə dünyaya gəlib. Künyəsi-Əbülhəsəndir, bəzən də ona Əbülhəsən-Salis,yəni üçüncü Əbül-Həsən deyirlər. Bu mənada ki, birinci Əbül-həsən-İmam Musa (ə), ikinci İmam Rza (ə) cənablarıdır. Ləqəbləri ondur: 1. Nəqi-pak deməkdir. 2. Təyyib, 3. əmin, 4.Hadi- rəhbər deməkdir, 5. Nasih-nəsihətşi deməkdir, 6. Fəttah-fəth edən, müşkülləri açan,7.-mürtəza, 8. Fəqih,9. Alim, 10. Mütəvəkkil. Bu sonuncu ləqəb həmişə məxfi saxlanılırdı, çünki o o zaman xilafət və səltənət Abbasi xəlifəsi mütəvəkkilin əlində idi. Əgər o bu ləğəbdən xəbərdar olsaydı, yəqin ki, o cənaba (ə) əziyyət edərdi. Bəzən ona Əskəri ləğəbi də istinad edirlər, lakin o cənabın (ə) ən məşhur ləğəbi Nəqidir. O həzrət (ə) orta boylu, qırmızıya mayil ağ üzlü, yanaqları bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı idi. Qəmli adamlara o cənab (ə) baxanda, onların dərdi-qəmi azalardı. O cənabı (ə) görən hər kəsin qəlbində ona qarşı məhəbbət yaranardı. Bununla belə, onun heybəti də çox böyük idi. Düşmənləri onun qarşısında təməllüq edərdilər. O cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüm əlaməti görünərdi, daim Allah-Taalanın zikrini edərdi. Yol gedəndə kiçik addımlar atardı və çox vaxt piyadə gedəndə tərlərdi. Yerişi vüqarlı,özü təmkinli və həyalı idi. Danışanda öz həmsöhbətinin üzünə baxmazdı, ucadan danışmazdı, məclislərdə yuxarıda oturmağa meyl göstərməzdi, amma onu hər məclisin sədrində əyləşdirərdilər. O cənab (ə) Məmunun xilafəti zamanında dünyaya gəlib. Ondan sonra Məmunun qardaşı Mütəsim, onun oğlu Vasiq, onun qardaşı Mütəvəkkil, onun oğlu müntəsir, onun da oğlu Müstəin və Mütəvəkkilin o biri oğlu Mütəz xilafət edən zamanlarda yaşamışdır. Bu yeddi Abbasi xəlifələrindən o həzrətə (ə) çox böyük zülmlər, ihanətlər və hörmətsizliklər varid olmuşdur. Xüsusilə, mütəvəkkil onun ən qəddar düşməni idi. O zəmanədən şikayət etməyi svməzdi. Hər dəfə ona edilən təzyiqlərin, əzab-əziyyətin acı dadını hiss etsə də yenə öz təmkinini itirməz, sakit, mədəni bir görkəmdə durar, həmişə belə vaxtlarda əlini o uca göylərə uzadıb ilahi kəlmələrini pıçıldayardı. Bəzən pıçıltılar, bu Allah kəlamları da onu əhatə edən zalım adamları, hökumət idarələrində çalışan məmurları qıcıqlandırır, İmam Əli Nəqiyə (ə) qarşı ciddi cəza tədbirləri görmək üçün hiyləyə əl atırlar. İmam saf adam idi. Əbəs yerə ona Nəqi ləqəbi verməmişdilər. Onun bi saflığı, təmizliyi xilafəti qorxudurdu. Bu bədxah niyyətli adamlar İmamın sakit, təvazökar görkəmdə durmasından da arxayın ola bilmirdilər. Nəhayət, hiylə yolu tutmuş bu adamlar mütəzzin xilafəti zamanında ona zəhər verdilər. Ölümünün yaxınlaşdığını hiss edən İmam Əli (ə) öz oğlu İmam Həsən Əskərini (ə) çağırıb Rəsuli-Əkrəmin (s) və başqa peyğəmbərlərin mirasını, nuru, hikməti və İsmi-Əzəmi ona təslim etdi. Bu zəhərin təsirindən o cənab (ə) 254-cü hicri ilində rəcəb ayının 3-də 40 yaşında Samirədə vəfat etdi. Onun oğlu İmam Həsən Əskəri (ə) ona qüsl və kəfən edib, namaz qıldı və on ildən artıq öz ailəsi ilə birlikdə yaşadığı evdə dəfn etdi. Səhih rəvayətə görə, o həzrətin dörd oğlu, bir qızı olub. Qızının adı ayişə olub.

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İmam Əliyyən-Nəqinin (ə) həyatı

İmam Əliyyən-Nəqinin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq: İmam Əli ibn Muhəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin məşhur ləqəbləri Hadi və Nəqidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı İmam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da vəfat etdiyi qeyd edilir. “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblər də İmam Hadiyə (ə) məxsusdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və İmam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, İmam Kazimə (ə) birinci Əbülhəsən, İmam Rzaya (ə) ikinci Əbülhəsən və İmam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, İmam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri İmam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İMAM HADİNİN (Ə) İMAMƏTİ İmam Əliyyən-Nəqi (ə) 220-ci hicri ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamət məqamına çatmışdır. Şiələr İmamın həddi-büluğa çatmamışdan öncə imamətə çatması məsələsini İmam Cavadın (ə) üzərində təcrübə və həll etdiklərindən İmam Əliyyən-Nəqinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Şeyx Müfid və Növbəxtinin qeydlərinə görə, İmam Cavadın (ə) şiələrindən bir neçəsindən başqa, hamısı İmam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. İmam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etməyən az bir qrup isə, yalnız qısa bir müddət “Musa Mübərqə” adı ilə məşhur olan və Qum şəhərində dəfn edilən Musa ibn Məhəmmədin (vəfat tarixi: 296-cı h.q. ili) imamətinə inandılar. Amma bir müddət keçdikdən sonra onun imamətindən üz çevirib İmam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. Səd ibn Abdullah onların İmam Əliyyən-Nəqiyə (ə) üz tutmasına səbəb kimi, Musanın özünün onlardan yorulması və onları öz ətrafından qovmasını göstərmişdir. (“Əl-məqalatu vəl-firəq”, s. 99.) O həzrət otuz iki il imamət etmiş, qırx bir il və bir neçə ay həyat sürmüş, hicrətin 254-cü ilinin Rəcəb ayında, iyirmi il doqquz ay Samirra şəhərində yaşadıqdan sonra Abbasi xəlifəsi Mötəzzin vasitəsilə şəhadətə yemiş və öz evində də torpağa tapşırılmışdır. İMAM HADİNİN (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında İmam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun İmam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, İmam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, İmam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI Mütəvəkkil İmam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə İmam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil İmam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, İmam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ Son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra İmam Cavad (ə) və daha sonra İmam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı. (“Məsum imamların istimai-siyasi tarixi”, Ustad Rəsul Cəfəryan, “İmam Hadinin (ə) həyatı” bölümü, ixtisarla.) Maide.az

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

Evində 20 il həbsdə olan mübariz İmam (ə)

Evində 20 il həbsdə olan mübariz İmam (ə) Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid olmuşdur. O Həzrətin (ə) ləqəbi Hadi idi. Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samirra şəhərinə aparılmışdır. Ömrünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır. İmam Hadinin (ə) imaməti də atası kimi uşaq yaşlarından başlamışdır. Əhli-Beyt (ə) cəmiyyəti haim Həzrətin (ə) xidmətinə hazır idi. İmam Hadi (ə) bir neçə Abbasi xəlifəsinin dövründə imamlıq etmişdir. Daha çox Mütəvəkkil Abbasinin dövründə yaşamışdır. Mütəvəkkilin xilafətinin ilk illərində yəni, 233-cü ildə İmamı (ə) Samirraya göndərir. O zaman Samirra Abbasi xilafətinin mərkəzi idi. Xəlifənin hədəfi əziz İmamı (ə) nəzarəti altında saxlamaq idi. Mütəvəkkil başqa xəifələr kimi Əli (ə) ardıcıllarının qiyamından qorxurdu. Həzrəti (ə) Samirraya gətirməklə bu qiyamın qarşısını almış oldu. Mütəvəkkil zahirdə İmama (ə) hörmət etdiyini göstərməyə çalışırdı. Ancaq əslində bütün hədəfi İmamın (ə) Əhli-Beyt (ə) davamçıları ilə əlaqəsini kəsmək olmuşdur. Bəzən əsgərlər hətta İmamın (ə) evini axtarırdılar. Bir gün hətta gecə yarısı İmamın (ə) evinə girərək, onu ibadət halında gördülər və Mütəvəkkilin yanına apardılar. İmam (ə) elə bir şeir zümzümə etdi ki, xəlifə fikrə gedir. Bu şeir, axirətlərini fikirləşməyən hegemon insanlar haqqında idi. “Elə bilirlər ki, həmişə bu dünyada qalacaqlar”. Mütəvəkkil o qədər qatı düşmən idi ki, hətta aşkarda İmama (ə) düşmənçiliyini bəzən göstərməyə cürət edirdi. 237-ci ildə Mütəvəkkil İmam Hüseynin (ə) Kərbəladakı hərəmini dağıtmağı əmr etdi. Əmr etdi ki, hərəmə gedən suyu bağlasınlar və qəbri yerlə yeksan edərək, şumlasınlar. Mütəvəkkil (lən) ölməmişdən qabaq İmamın (ə) qətlinə əmr edir, amm əmri yerinə yetməmiş özü yatağında öldürülür. Ən üstün Əhli-Beyt (ə) alimləri, hədis yazanları hər bir şəhərdə İmam (ə) tərəfindən vəkil seçilirdilər. İnsanların İmamla (ə) aralarında olan yazışmalarına kömək edirdilər. Bu məsələ elmi və maliyyə cəhətindən olurdu. İnsanlar İmamın (ə) əmri ilə mali haqlarını (xüms, zəkat) vəkilə verirdilər. Vəkil də bu pulu İmama (ə) çatdırırdı. Suallara cavab vermək də onların vasitəsilə həyata keçirilirdi. İmam Hadidən (ə) bizə çox sayda hədis çatmışdır. Bu hədislərin bir çoxu Əhli-Beyt (ə) davamçılarının düşüncələrinin islah olmasına aiddir. İmamın (ə) başqa bir mirası – dua, Allahla münacatdır. İmamın (ə) dualarda irəli sürdüyü hədəf – insanların arasında vahid rabitənin olması və Əhli-Beyt (ə) davamçılarının birləşməsidir. Buna misal – “Cameyi-kəbirə”dir. Bu ziyarətdə İmam (ə) Əhli-Beytin (ə) kamalından və fəzilətindən bəhs etmişdir. Bu ziyarət həqiqətdə imamşünaslıqdır. (abna Deyerler.org) İmamın (ə) tərəfdaşları arasında Əli ibni Cəfər Minavi kimi şəxsiyyətlərə rast gəlirik. O, Mütəvəkkil tərəfindən zindana atılmışdı. Xəlifə onu öldrümək istəyirdi. Başqa bir tanınmış isim – İbni Səkiyyətdir ki, xəlifə onu şəhid edir. Bu qətlin səbəbini belə izah edirlər ki, Mütəvəkkil övladlarının ikisini İbni Səkiyyətin yanına göndərir ki, onlara dərs versin. Sonralar başa düşür ki, İbni Səkiyyət İmam Hadinin (ə) tərəfdarlarındandır, onu çağırıb, deyir: “Mənim övladlarımın fəziləti vardır, yoxsa, Həsənlə Hüseynin?”. İbni Səkiyyət çəkinmədən cavab verir: “Sənin iki övladın, iki cənnət seyyidi olan İmam Həsən (ə) və İmam Hüseynlə (ə) müqayisə edilə bilməz. Sənin övladların hətta İmam Əlinin (ə) nökəri Qənbərlə müqayisə edilə bilməz”. Mütəvəkkil bu sözlərdən çox əsəbiləşir və əmr edir ki, onun dilini başının arxasından çıxartsınlar. İmam Hadinin (ə) tərəfdaşlarından biri də Həzrət Əbdüləzim Hüseyni idi. Onun nəsli İmam Həsən Müctəbaya (ə) çatır. O, məşhur hədis yazan, zamanının abidi idi. Həzrət Cavadın (ə) və Həzrət Hadinin (ə) xüsusi səhabələrindən idi. İmam (ə), Abbasi xəlifəsi Mötəmid Abbasinin dövründə 254-cü ildə Samirrada zəhərlənib, şəhid edilmişdir. İmam Hadi (ə) 20 il həbsdə olduğu elə həmin evdə də dəfn edilmişdir.

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İmam Əliyyən-Nəqinin (ə) şəhadəti

İmam Əli ibn Muhəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi qeyd edilir. İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. ~ İMAM HADİNİN (Ə) İMAMƏTİ ~ İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi. (“Üsuli-kafi”, c.1, s.323) ~İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ ~ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. ~ İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ ~ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahı n (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. ~ MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI ~ Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. ~ İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ ~ Şiənin son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı.

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi

Şeyx Ərbəli nəql edir: “Bir gün İmam Hadi (ə) bir iş üçün Samirradan kəndlərin birinə gedir. Bir ərəb gəlir və İmamı (ə) görmək istədiyini bildirir, ancaq ona kəndə getdiyini söyləyirlər. O, da İmamı (ə) tapmaq üçün həmin kəndə gedir və İmamla (ə) görüşür. (Tebyan) İmam (ə) soruşur: “Nə hacətin vardır?”. Deyir: “Mən cəddin Əmirəl-möminin (ə) vilayətinin davamçılarındanam ki, böyük bir borca girmişəm. Səndən savayı heç kəs onu ödəyə bilməz”. İmam (ə) buyurur: “Xoş ol və şad ol”. Ərəb İmamın (ə) yanında qalır və səhər olan kimi Həzrət (ə) ona buyurur: “Mənim də sənə bir hacətim vardır ki, onun əksini yerinə yetirmə”. Ərəb deyir: “Müxalif deyiləm”. İmam (ə) bir məktub yazır və orada yazır ki, bir ərəbə borcu vardır və miqdarını ərəbin borcundan daha çox yazır. Buyurur: “Bu məktubu al və mən Samirraya gələn zaman mənim yanıma o zaman gəl ki, çoxlu cəmiyyət olsun. Bu borcu məndən tələb et və mənə qarşı kobudluq et. Səni Allaha and verirəm ki, bunun əksini etməyəsən”. Ərəb deyir: “Belə edəcəyəm və gedir”. Həzrət (ə) Samirraya geri qayıdır. Həzrətin (ə) yanına çoxlu insanlar gəlirlər ki, içərisində xəlifənin adamları da var idi. Ərəb gəlir və məktubu çıxardıb borcunu tələb etməyə başlayır. İmamla (ə) ona əmr etdiyi kimi rəftar edir. İmam (ə) da onunla mülayim dillə danışır və üzr istəyir. Vədə verir ki, yerinə yetirəcəyəm və səni sevindirəcəyəm. Bu xəbər xəlifəyə çatır. Əmr edir ki, İmama (ə) 30 min dirhəm aparsınlar. O zaman ki, bu pulu İmamın (ə) yanına gətirirlər, həmin ərəb gəlir. İmam (ə) buyurur: “Bu pulu götür və borcunu qaytar. Qalanını isə ailənə xərclə və bizi üzrlü bil!”. Ərəb deyir: “Ya ibni Rəsulallah! Allaha and olsun ki, mənim arzu bu malın üçdə birindən də az idi”. Bu pulu alır və gedir.   /Deyerler.org/

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...