Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Könül oxşayan Hədislər 27.12.2024

Mən dörd nəfər üçün Qiyamət günü şəfaət edəcəm

Həzrət Peyğəmbər (s): “Mən dörd nəfər üçün Qiyamət günü şəfaət edəcəm: 1). Övladlarıma ehtiram edənlər; 2). Onların ehtiyaclarını ödəyənlər; 3). Övladlarımın işi çətinə düşəndə o işi həll etməyə çalışanlar; 4). Qəlbi və dili ilə onlara sevgi göstərənlər” أَرْبَعَةٌ أَنَا لَهُمْ شَفِيعٌ يَوْمَ الْقِيَامَةِ الْمُكْرِمُ لِذُرِّيَّتِي وَالْقَاضِي لَهُمْ حَوَائِجَهُمْ وَ السَّاعِي لَهُمْ فِي أُمُورِهِمْ عِنْدَ مَا اضْطُرُّوا إِلَيْهِ وَ الْمُحِبُّ لَهُمْ بِقَلْبِهِ وَ لِسَانِهِ Şeyx Səduq (vf.381 hq), “Uyunu əxbar ər-Rza (ə), c2. s. 25, hədis:4.

İmam Museyi-Kazim (ə) 27.12.2024

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Musa Kazimin (ə) şəxsiyyəti  Adi: Musa; Ləqəbi: Kazim; Künyəsi: Əbülhəsən; Atası: İmam Sadiq (ə); Anası: Həmidə; Övladlarının sayı: 36 (19 oğlan, 17 qız); Təvəllüdü: 128-ci hicri-qəməri ili, Səfər ayının 7-si; Başqa rəvayətə görə, Zil-hiccə ayının 20-si; İmamlıq müddəti: 35 il; Ömrü: 54 il; Şəhadəti: 182-ci hicri-qəməri ili, Rəcəb ayının 25-i Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi; Məzarı: İraq, Kazimeyn şəhəri. İmam Musa Kazimin (ə) həyatı ilə qısa tanışlıq Şiələrinin yeddinci imamı həzrət Musa ibn Cəfər (ə) çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim (ə) hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir. İmam Kazim (ə) hicrətin 182-ci və yaxud 183-cü ilinin Rəcəb ayının 25-də zalım Abbasi xəlifəsi Harunər-Rəşidin Bağdaddakı zindanında şəhadətə yetmişdir. Bəzi mənbələrdə o həzrətin şəhadətini Rəcəb ayının 5-i, bəzisi isə Rəcəb ayının 6-ı qeyd edilmişdir. İmam Kazim (ə) əziz atası imam Sadiqin (ə) şəhadətindən sonra, hicrətin 148-ci ilində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüş və mübarək ömrünü Mədinə və Bağdadda keçirmişdir. O həzrət imam olduğu müddətdə adları çəkilmiş xəlifələrlə müasir olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhəmməd Mehdi Abbasi (158-169); Musa Hadi (169-170) və Harunər-Rəşid (170-193). O həzrətin dövründə yaşamış Ələvi şəxsiyyətlərindən heç biri onunla müqayisə edilə bilməzdi və o həzrət elm, təqva, zöhd və ibadət baxımından öz zamanının ən öndə gedəni idi. Şeyx Müfid o həzrət haqqında belə yazır: “Əbülhəsən Musa (imam Kazim) (ə) öz zamanının ən abidi, ən fəqihi və ən səxavətlisi idi.” (“Əl-irşad”, s. 277.) Şeyx Təbərsi yazır: “İmam Kazim (ə) Allahın kitabını qorumaqda ən öndə gedənlərdən idi… Mədinə əhalisi onu “Allaha ibadətdə səy edənlərin zinəti” adı ilə adlandırmışdı.” (“Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, 298.) İbn Əbil-Hədid imam Kazim (ə) haqda belə yazır: “Fəqihlik, dindarlıq, təqva və səbir – bütünlükdə o həzrətdə toplanmışdı.” (“Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 273.) “Əş-şuzuratuz-zəhəb” kitabında belə yazılır: “O həzrət saleh, abid, səxavətli, səbirli və uca məqama sahib idi.” (c. 1, s. 304.) Məşhur nəsəbşünas Yəhya ibn Həsən ibn Cəfər o həzrət barədə belə yazır: “Musa ibn Cəfərə (ə) ibadət və ictihadına görə “saleh bəndə” deyirdilər.” (“Təhzibut-təhzib”, c. 1, s. 339.) Bu ifadələr şiə və sünni raviləri və tarixçilərinin imam Kazim (ə) haqqında dediklərindən yalnız bir neçə nümunədir. İmam Kazimin (ə) xüsusiyyətləri arasında ən çox diqqəti çəkən o həzrətin səxavətli və kəramət sahibi olmasıdır. Hətta onun bu xüsusiyyəti zərbi-məsəl belə olmuşdu. İbn Ənbə bu barədə yazır: “O həzrət özü ilə daim qızıl kisələr gəzdirər və onları qarşılaşdığı fəqirlərə və ya onun ehsanına göz dikənlərə bağışlayırdı, hətta o həzrətin qızıl kisələri dillər əzbəri olmuşdu.” (“Umdətut-talib”, s. 196.) Məşhur rical alimlərindən olan Zəhəbi imam Kazim (ə) haqqında belə yazır: “Musa ibn Cəfər (ə) hikmət sahiblərinin ən əliaçığı və Allah bəndələrinin ən təqvalısı idi.” (“Mizanul-etidal”, c. 4, s. 201.) Zahidlik və ibadət də o həzrətin digər xüsusiyyətlərindən idi. İmam Kazimin (ə) həyatı uzun illər zindanda keçmiş və bu müddət ərzində Allaha ibadətlə məşğul olmuşdu. İmam Musa Kazimin (ə) şəhadəti Harunər-Rəşid 179-cu hicri ilində həccə getdiyi zaman Mədinəyə də dönür. İmam Kazim (ə) Mədinədə yaşayırdı. Harun, o həzrətin gizli fəaliyyətlərindən xəbərdar olduğu üçün, Rəsulullahın (s) məzarının kənarına gələrkən Rəsulullahın (s) qəbrinə xitab olaraq belə deyir: “Ey Rəsulullah, edəcəyim bir işdən ötrü səndən üzr istəyirəm. Mən Musa ibn Cəfəri (ə) həbs edib zindana atmaq istəyirəm. Çünki o, sənin ümmətin arasında ixtilaf yaratmaq və onların qanının tökülməsini istəyir.” (“Əl-irşad”, s. 280.) Camaat imam Kazimi (ə) Rəsulullahın (s) övladı bildikləri üçün Harun məsələnin zahirini belə qurur. O, Rəsulullahdan (s) üzr istəməklə gördüyü işi yozmaq istəyirdi. Harun həmin yerdə imam Kazimin (ə) həbs olunma əmrini verir. Beləliklə, iki karvan hazırlanıb birinin Kufəyə, digərinin isə Bəsrəyə tərəf yollanmasına göstəriş verilir. O, İmamı bu karvanların biri ilə yola salır. Bunu görməkdə məqsədi o olur ki, camaat İmamın harada həbs olunduğunu bilməsin. Əbül-Fərəc İsfahani bunu nəql etdikdən sonra yazır: “Harun imam Kazimi (ə) Bəsrə hakimi İsa ibn Mənsurun yanına göndərir. İmam bir müddət onun zindanında qalır, amma İsa bu işdən yorulub İmamı başqa birinə təslim etmək üçün Haruna bir məktub yazır və onu digər bir şəxsə təhvil verməyəcəyi təqdirdə, İmamı sərbəst buraxacağını söyləyir. Çünki İsa bu müddət ərzində İmamın əleyhinə bir dəlil tapmaq üçün çox çalışsa da, bir dəlil tapa bilmir.” Ən maraqlısı odur ki, İsa öz məktubunda belə yazır: “Hətta o, Allaha dua etməklə məşğul olduğunda da sənin və ya mənim haqqımda qarğış edib-etmədiyini öyrənmək üçün İmamın dualarını dinləyirdim, amma o, həmişə Allahdan özü üçün rəhmət və bağışlanmaq diləyirdi.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 335.) Ondan sonra İmam (ə) Fəzl ibn Rəbiyə təslim edilir. İmam (ə) uzun müddət onun zindanında qalır. Fəzldən İmamı (ə) öldürməsini istəyirlər, ancaq o, bu işdən boyun qaçırır. Ondan sonra İmamı (ə) Fəzl ibn Yəhyaya təslim edirlər. İmam (ə) bir müddət də onun zindanında qalır. Tarixçilərin nəqlinə görə, Fəzl ibn Yəhya İmama (ə) hörmətlə yanaşırdı. İmam Kazimin (ə) orada sərbəst olması Haruna xəbər verilir. Harun bu zaman “Rəqqə” şəhərində idi. Harun bu xəbəri eşitcək əsəbiləşir və xəlifəyə qarşı üsyan etdiyinə görə həmin məclisdə Fəzl ibn Yəhyaya lənət və qarğış edilməsini əmr edir. Bu işə görə, Fəzl ibn Yəhyaya yüz qırmanc da vurulur. Həmin hadisədən sonra, imam Kazim (ə) Sindi ibn Şahiq adlı bir zindançıya təhvil verilir. Yəhya ibn Xalid bu hadisədən narahat olaraq Harunun yanına gedir. Fəzlin törətdiyi hadisəyə görə üzr istəyərək İmamı (ə) Sindi İbn Şahiqin əli ilə şəhid edir və beləcə, Harunun istəyini yerinə yetirir. (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 234.)

İmam Əli (ə) 27.12.2024

Qədir-Xum haqqında qısa məlumat

Əziz müsəlman bacı və qardaşlar! QƏDİR XUM – dinin təkmilləşmə, İmamət və Vilayət  bayramı münasibəti ilə hər birinizi təbrik edirik. Bayramınız mübarək olsun.  Qədir Xum haqqında : Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən – «Həccül-vida»dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…». («Maidə» surəsi, 67) Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?». Hamı uca səslə dedi: «Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!». Sonra Peyğəmbər (s) buyurdu: «Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?». Hamı cavabında dedi: «Bəli, inanırıq!». Rəsuli-Əkrəm (s) dedi: «İlahi, şahid ol!». Sonra o, Həzrət Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: «Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?» – müsəlmanlar cavab verdi: «Allah və Onun Peyğəmbəri daha yaxşı bilir!». Peyğəmbər (s) buyurdu: «Allah Təbarəkə və Təala – mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!». Sonra buyurdu: «Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir!». Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: «İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara Sən də qəzəbli ol, ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla birlikdə et!». Sonra əlavə etdi: «Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır».   Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: «Bu gün Mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim…». («Maidə» surəsi, 3)

MÜQƏDDƏS AYLAR (İslam ayları) 27.12.2024

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban” bayramlarından başqa bir bayramı da varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Bəli, üstün və böyük bir bayram da vardır.” Ravi soruşdu: “Hansı bayram?” İmam buyurdu: “Peyğəmbəri-Əkrəmin (s) Əlini (ə) xilafətə təyin etdiyi və“Hər kim, mən onun mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” – deyə buyurduğu gün! Bu bayram Zil-hiccə ayının on səkkizinci gününə təsadüf edir.” Ravi soruşdu: “Həmin gün nə etmək lazımdır?” Həzrət buyurdu: “Oruc tutmaq, ibadət etmək, Mühəmməd və Ali-Mühəmmədi xatırlayıb salavat demək…” 1. Oruc tutmaq; “Qədir-Xum” bayramında oruc tutmaq altmış illik günahın kəffarəsidir. Rəvayətdə deyilir ki, həmin günün orucu bir ömrün orucu, yüz həcc və yüz ümrənin savabına bərabərdir. 2. Qüsl etmək; 3. İmam Əlini (ə) ziyarət etmək; o həzrəti yaxından ziyarət edə bilməyən şəxsin “Əminullah” ziyarətini oxuması tövsiyə olunur. 4. İki rükət namaz qılmaq və namazdan sonra səcdədə yüz dəfə Allah şükür etmək (və “Şukrən lillah” demək); yaxşı olar ki, bu namaz günortaya yaxın bir vaxtda qılınsın. Birinci rükətdə “Qədr”, ikinci rükətdə isə “İxlas” surələri oxunsun. 5. “Qədir-Xum” günü günortadan öncə iki rükətdən ibarət başqa bir namazın qıllnması da tövsiyə olunur. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunsun. 6. “Nüdbə” duasını oxumaq; 7. Bu duanı oxumaq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ وَ عَلِيٍّ وَلِيِّكَ وَ الشَّأْنِ وَ الْقَدْرِ الَّذِي خَصَصْتَهُمَا بِهِ دُونَ خَلْقِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ عَلِيٍّ وَ أَنْ تَبْدَأَ بِهِمَا فِي كُلِّ خَيْرٍ عَاجِلٍ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَئِمَّةِ الْقَادَةِ وَ الدُّعَاةِ السَّادَةِ وَ النُّجُومِ الزَّاهِرَةِ وَ الْأَعْلامِ الْبَاهِرَةِ وَ سَاسَةِ الْعِبَادِ وَ أَرْكَانِ الْبِلادِ وَ النَّاقَةِ الْمُرْسَلَةِ وَ السَّفِينَةِ النَّاجِيَةِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ خُزَّانِ عِلْمِكَ وَ أَرْكَانِ تَوْحِيدِكَ وَ دَعَائِمِ دِينِكَ وَ مَعَادِنِ كَرَامَتِكَ وَ صِفْوَتِكَ مِنْ بَرِيَّتِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ الْأَتْقِيَاءِ الْأَنْقِيَاءِ النُّجَبَاءِ الْأَبْرَارِ وَ الْبَابِ الْمُبْتَلَى بِهِ النَّاسُ مَنْ أَتَاهُ نَجَا وَ مَنْ أَبَاهُ هَوَى اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَهْلِ الذِّكْرِ الَّذِينَ أَمَرْتَ بِمَسْأَلَتِهِمْ وَ ذَوِي الْقُرْبَى الَّذِينَ أَمَرْتَ بِمَوَدَّتِهِمْ وَ فَرَضْتَ حَقَّهُمْ وَ جَعَلْتَ الْجَنَّةَ مَعَادَ مَنِ اقْتَصَّ آثَارَهُمْ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَمَا أَمَرُوا بِطَاعَتِكَ وَ نَهَوْا عَنْ مَعْصِيَتِكَ وَ دَلُّوا عِبَادَكَ عَلَى وَحْدَانِيَّتِكَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ وَ نَجِيبِكَ وَ صِفْوَتِكَ وَ أَمِينِكَ وَ رَسُولِكَ إِلَى خَلْقِكَ وَ بِحَقِّ أَمِيرِ الْمُؤْمِنِينَ وَ يَعْسُوبِ الدِّينِ وَ قَائِدِ الْغُرِّ الْمُحَجَّلِينَ الْوَصِيِّ الْوَفِيِّ وَ الصِّدِّيقِ الْأَكْبَرِ وَ الْفَارُوقِ بَيْنَ الْحَقِّ وَ الْبَاطِلِ وَ الشَّاهِدِ لَكَ وَ الدَّالِّ عَلَيْكَ وَ الصَّادِعِ بِأَمْرِكَ وَ الْمُجَاهِدِ فِي سَبِيلِكَ لَمْ تَأْخُذْهُ فِيكَ لَوْمَةُ لائِمٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَنِي فِي هَذَا الْيَوْمِ الَّذِي عَقَدْتَ فِيهِ لِوَلِيِّكَ الْعَهْدَ فِي أَعْنَاقِ خَلْقِكَ وَ أَكْمَلْتَ لَهُمُ الدِّينَ مِنَ الْعَارِفِينَ بِحُرْمَتِهِ وَ الْمُقِرِّينَ بِفَضْلِهِ مِنْ عُتَقَائِكَ وَ طُلَقَائِكَ مِنَ النَّارِ وَ لا تُشْمِتْ بِي حَاسِدِي النِّعَمِ اللَّهُمَّ فَكَمَا جَعَلْتَهُ عِيدَكَ الْأَكْبَرَ وَ سَمَّيْتَهُ فِي السَّمَاءِ يَوْمَ الْعَهْدِ الْمَعْهُودِ وَ فِي الْأَرْضِ يَوْمَ الْمِيثَاقِ الْمَأْخُوذِ وَ الْجَمْعِ الْمَسْئُولِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَقْرِرْ بِهِ عُيُونَنَا وَ اجْمَعْ بِهِ شَمْلَنَا وَ لا تُضِلَّنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ اجْعَلْنَا لِأَنْعُمِكَ مِنَ الشَّاكِرِينَ يَا أَرْحَمَ الرَّاحِمِينَ الْحَمْدُ لِلَّهِ الَّذِي عَرَّفَنَا فَضْلَ هَذَا الْيَوْمِ وَ بَصَّرَنَا حُرْمَتَهُ وَ كَرَّمَنَا بِهِ وَ شَرَّفَنَا بِمَعْرِفَتِهِ وَ هَدَانَا بِنُورِهِ يَا رَسُولَ اللَّهِ يَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلَيْكُمَا وَ عَلَى عِتْرَتِكُمَا وَ عَلَى مُحِبِّيكُمَا مِنِّي أَفْضَلُ السَّلامُ مَا بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ بِكُمَا أَتَوَجَّهُ إِلَى اللَّهِ رَبِّي وَ رَبِّكُمَا فِي نَجَاحِ طَلِبَتِي وَ قَضَاءِ حَوَائِجِي وَ تَيْسِيرِ أُمُورِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَلْعَنَ مَنْ جَحَدَ حَقَّ هَذَا الْيَوْمِ وَ أَنْكَرَ حُرْمَتَهُ فَصَدَّ عَنْ سَبِيلِكَ لِإِطْفَاءِ نُورِكَ فَأَبَى اللَّهُ إِلا أَنْ يُتِمَّ نُورَهُ اللَّهُمَّ فَرِّجْ عَنْ أَهْلِ بَيْتِ مُحَمَّدٍ نَبِيِّكَ وَ اكْشِفْ عَنْهُمْ وَ بِهِمْ عَنِ الْمُؤْمِنِينَ الْكُرُبَاتِ اللَّهُمَّ امْلَأِ الْأَرْضَ بِهِمْ عَدْلا كَمَا مُلِئَتْ ظُلْما وَ جَوْرا وَ أَنْجِزْ لَهُمْ مَا وَعَدْتَهُمْ اِنَّكَ لا تُخْلِفُ الْمِيعَادَ (Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin nəbiyyik, və Əliyyin vəliyyik, vəş-şə`ni vəl qədrilləzi xəsəstəhuma bihi dunə xəlqik, ən tusəlliyə əla Muhəmmədin və Əliyy, və ən təbdəə bihima fi kulli xəyrin acil. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əl əimmətil qadəti vəd duatis sadəh, vən nucumiz zahirəti vəl ə`lamil bahirəh, və sasətil ibadi və ərkanil bilad, vən naqətil mursələh, vəs səfinətin naciyətil cariyəh, fil luccəcil ğamirəh. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, xuzzani ilmikə və ərkani təvhidik, və dəaimi dinikə və məadini kəramətik, və sifvətikə min bəriyyətikə və xiyərətik, min xəlqikəl ətqiyail ənqiyain nucəbail əbrar, vəl babil mubtəla bihin nas, mən ətahu nəca və mən əbahu həva. Əllahummə səlli əla Muhəm­mədin və ali Muhəmməd, əhliz zikrilləzinə əmərtə biməs`ələtihim, və zəvil qurbətilləzinə əmərtə biməvəddətihim, və fərəztə həqqəhum və cəəltəl cənnətə məadə məniqtəssə asarəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma əməru bitaətikə və nəhəv ən mə`siyətik, və dəllu ibadəkə əla vəhdaniyyətik. Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin nəbiyyikə və nəcibik, və səfvətikə və əminik, və rəsulikə ila xəlqik, və bihəqqi Əmirilmu`minin, və yə`subid dini və qaidil ğurril muhəccəlin, əl vəsiyyil vəfiyy, vəs siddiqil əkbər, vəl faruqi bəynəl həqqi vəl batil, vəş şahidi ləkə vəd dalli ələyk, vəs sadii biəmrikə vəl mucahidi fi səbilik, ləm tə`xuzhu fikə ləvmətu laim, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələni fi hazəl yəvmilləzi əqədtə fih, livəliyyikəl əhdə fi ə`naqi xəlqik, və əkməltə ləhumud dinə minəl arifinə bihurmətih, vəl muqirrinə bifəzlih, min utəqaikə və tuləqaikə minən nar, və la tuşmit bi hasidin niəm. Əllahummə fəkəma cəəltəhu idəkəl əkbər, və səmməytəhu fis səmai yəvməl əhdil mə`hud, və fil ərzi yəvməl misaqil mə`xuzi vəl cəm`il məs`ul, səlli əla Muhəmmədin və ali Muhəmməd, və əqrir bihi uyunina, vəcmə` bihi şəmləna, və la tuzilləna bə`də iz hədəytəna, vəc`əlna liən`umikə minəş şakirin, ya ərhəmər rahimin, əl həmdu lillahilləzi ərrəfəna fəzlə hazəl yəvm, və bəssərəna hurmətəh, və kərrəməna bihi və şərrəfəna bimə`rifətih, və hədana binurih, ya rəsuləllahi ya Əmirəlmu`minin, ələykuma və əla itrətikuma və əla muhibbikuma minni əfzəlus səlam, ma bəqiyəl ləylu vən nəhar, və bikuma ətəvəccəhu iləllahi rəbbi və rəbbikum, fi nəcahi təlibəti və qəzai həvaici və təysiri umuri. Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təl`ənə mən cəhədə həqqə hazəl yəvm, və ənkərə hurmətəh, fəsəddə ən səbilik, liitfai nurik, fəəbəllahu illa ən yutimmə nurəh. Əllahummə fərric ən əhli bəyti Muhəmmədin nəbiyyik, vəkşif ənhum və bihim, ənil mu`mininəl kurubat. Əllahumməmləil ərzə bihim ədla, kəma muliət zulmən və cəvra, və ənciz ləhum ma vəədtəhum, innəkə la tuxliful miad.) 9. Mömin şəxsi gördükdə bu sözlərlə salamlamaq: الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلامُ (Əlhəmdu lillahilləzi cəələna minəl mutəməssikin, bivilayəti əmril mu`mininə vəl əimməti ələyhimus-səlam.) 10. Bu duanı yüz dəfə oxumaq: الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ كَمَالَ دِينِهِ وَ تَمَامَ نِعْمَتِهِ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عَلَيْهِ السَّلامُ (Əlhəmdu lillahilləzi cəələ kəmalə dinihi və təmamə ni`mətih, bivilayəti Əmirilmu`mininə Əliyyibni Əbi Talibin ələyhissəlam.) 11. Qədir-Xum günü imam Əlinin (ə) şiələrini sevindirmək, onların təqsirlərindən keçmək, istəklərini rəva etmək, qohumlara baş çəkmək, yoxsul möminlərə yardım etmək, oruc tutanlara iftar vermək, möminlərlə əl verib görüşmək, onları ziyarət etmək, onlara hədiyyələr göndərmək, imamət və vilayət nemətinə görə Allaha şükür etmək, çoxlu salavat demək, bir sözlə, ibadət və itaətlə məşğul olmağın böyük fəzilət və savabı vardır. Həmin gün hər kim öz mömin qardaşına bir dirhəm yardım etsə, başqa gündə yardım etdiyi min dirhəmə bərabərdir. İmam Əlidən (ə) belə nəql olunub: “Hər kəs “Qədir-Xum” günü oruc tutan bir möminə iftar versə, sanki on “fiam”a iftar verib. Bir nəfər: “Ya Əmirəlmöminin, “fiam” nədir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Yüz min peyğəmbər, siddiq və şəhid! Bir qrup möminin qarnını doyuran şəxsin böyük savab və fəzilətə sahib olması məlumdur. Mən özüm həmin şəxsin Allah dərgahında küfr, fəqirlik və sairdən amanda olmasına zaminəm…” Bir sözlə, bu şərəfli günün fəziləti olduqca böyükdür. Həmin gün şiələrin əməllərinin qəbul olduğu gündür. Peyğəmbər (s) həmin günü öz səhabələri arasında qardaşlıq yaratdı. Yaxşı olar ki, “Qədir-Xum” günü möminlər arasında “qardaşlıq siğəsi” oxunsun. Onun qaydası belədir: “Sağ əlini mömin qardaşının sağ əlinə qoyub de: وَاخَيْتُكَ فِي اللَّهِ وَ صَافَيْتُكَ فِي اللَّهِ وَ صَافَحْتُكَ فِي اللَّهِ وَ عَاهَدْتُ اللَّهَ وَ مَلائِكَتَهُ وَ كُتُبَهُ وَ رُسُلَهُ وَ أَنْبِيَاءَهُ وَ الْأَئِمَّةَ الْمَعْصُومِينَ عَلَيْهِمُ السَّلامُ عَلَى أَنِّي إِنْ كُنْتُ مِنْ أَهْلِ الْجَنَّةِ وَ الشَّفَاعَةِ وَ أُذِنَ لِي بِأَنْ أَدْخُلَ الْجَنَّةَ لا أَدْخُلُهَا إِلا وَ أَنْتَ مَعِي (Və axəytukə fillahi və safəytukə fillah, və safəhtukə fillahi və ahədtullahə və məlaikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl əimmətəl mə`suminə ələyhimus-səlam, əla ənni in kuntu min əhlil cənnəti vəş şəfaəh, və uzinə li biən ədxuləl cənnəh, la ədxuluha illa və əntə məi.) Bunu dedikdən sonra mömin qardaşın desin: “Qəbiltu.” (Qəbul etdim.) Sonra desin: أَسْقَطْتُ عَنْكَ جَمِيعَ حُقُوقِ الْأُخُوَّةِ مَا خَلا الشَّفَاعَةَ وَ الدُّعَاءَ وَ الزِّيَارَةَ (Əsqəttu ənkə cəmiə huquqil-uxuvvəh, ma xələş-şəfaətə vəd-duaə vəz-ziyarəh.) (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.)

İmam Əliyyən Nəqi (ə) 27.12.2024

İmam Hadi (ə)-ın Həyatı barədə qısa məlumat

O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi qeyd edilir. İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İMAM HADİNİN (Ə) İMAMƏTİ İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi. (“Üsuli-kafi”, c.1, s.323) İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ Şiənin son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı.

İmam Əli (ə) 27.12.2024

“HUD” SÜRƏSİNİN 17-Cİ AYƏSİNDƏ DEYİLƏN ŞAHİD KİMDİR?

“HUD” SÜRƏSİNİN 17-Cİ AYƏSİNDƏ DEYİLƏN ŞAHİD KİMDİR? sual : “Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir? Qısa cavab: Əksər təfsirçilərin fikrincə, “şahid” kəlməsi həzrət Əlinin (ə) adı ilə bağlıdır. Eyni zamanda, ayə bütün həqiqi möminlərə, Əbuzərlərə, Salmanlara və Əmmar Yasirlərə də şamildir. Ayənin bu iki mənaya aid edilməsi heç bir ziddiyyət təşkil etmir. Yəni, burada məqsəd bir qrupdur və onların öndəri isə məhz o seçilən şəxsdir. Ətraflı cavab: Yuxarıdakı ayədə oxuyuruq: اَ فَمَنْ کانَ عَلى بَیِّنَه مِنْ رَبِّهِ وَ یَتْلُوهُ شاهِدٌ مِنْهُ وَ مِنْ قَبْلِهِ کِتابُ مُوسى اِماماً وَ رَحْمَهً “Rəbbindən açıq-aydın bir dəlili olan, ardınca Allahdan bir şahid olan, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə ( kafirlər kimi ola bilərmi?)” Təfsirçilərdən bəziləri yazır: “Burada məqsəd, ilahi vəhyinin qasidi Cəbraildir.” (1) Başqa bir qrup isə yazır: “Burada məqsəd Peyğəmbərdir (s).” Bəzilər də onu “Peyğəmbərin (s) dili” mənasında təfsir etmişlər. Halbuki “یَتْلُوه” (yətluhu) sözü, “تلاوت “ (tilavət) sözündən götürülüb “arxasınca gələn” mənasını deyil “qiraət” mənasını daşıyır. Əksər təfsirçilərin fikrincə, ayədə həzrət Əli (ə) nəzərdə tutulur. Məsum imamlardan bizə çatan çoxsaylı hədislərdə və əhli-sünnənin bəzi təfsir kitablarında məhz bu məna vurğulanıb. Ayədə sözügedən şahid Əmirəl-möminindir. Yəni, Peyğəmbərə (s) və Qurana ilk iman gətirən şəxs həmişə onunla birgə olan, bir an o həzrətdən fədakarlığını əsirgəməyən və onu dəstəkləmək üçün son nəfəsədək çalışan məhz odur. (4) “Bir hədisdə oxuyuruq ki, həzrət Əli (ə) buyurub: “Qüreyşdən olan şəxslərin hər biri üçün bir və ya bir neçə ayə nazil olub.” Bir nəfər dedi: “Ey Əmirəl-möminin! Sizin haqqınızda hansı ayə nazil olub?” İmam buyurdu: “Hud surəsindəki ayəni (Açıq-aydın bir dəlilə istinad edən və ardınca bir şahid gələn…) oxumamısanmı?  اَفَمَنْ کانَ عَلى بَیِّنَه مِنْ رَبِّهِ وَ یَتْلُوهُ شاهِدٌ مِنْهُ Peyğəmbərdə “açıq-aydın dəlil” var idi, “şahid” isə mən idim.” (5) “Rəd” surəsinin sonuncu ayəsində də bir ifadə gözə dəyir ki, o da bu mənanı təsdiqləyir. Buyrurur: وَ یَقُولُ الَّذینَ کَفَرُوا لَسْتَ مُرْسَلاً قُلْ کَفى بِاللّهِ شَهیداً بَیْنی وَ بَیْنَکُمْ وَ مَنْ عِنْدَهُ عِلْمُ الْکِتابِ Kafirlər deyirlər: “Sən göndərlimiş elçi deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və kitab elmini bilənin şahid olması yetər.” Şiə və əhli-sünnə vasitəsi ilə çatan bir çox hədislərdə belə oxuyuruq: “Kitab elmini bilən şəxs”də məqsəd həzrət Əlidir (ə). (6) Bir məsələni xatırlamaq lazımdır ki, hansısa məktəbin düzlüyünü öyrənmək üçün ən yaxşı yol o məktəbin tərəfdarları, himayədarları və müdafiə edənlərinin vəziyyətini mütaliə etməkdir. Bir qrup pak, ayıq-sayıq, imanlı, xalis və təqvalı şəxsi bir rəhbər və məktəbin ətrafına toplandığını görəndə, həmin məktəb və həmin rəhbərdə yüksək həddə sədaqət və düzlük olduğunu anlayırıq. Lakin bir qrup fürsət axtaran, hiyləgər, imansız və təqvasızın bir məktəb və ya rəhbərin ətrafında toplandığını müşahidə etdikdə, o məktəbin düzlüyünə çox az inanmaq olar. Diqqət yetirmək lazımdır ki, “şahid” kəlməsi həzrət Əlinin (ə) adı ilə bağlıdır. Eyni zamanda, ayə bütün həqiqi möminlərə, Əbuzərlərə, Salmanlara və Əmmar Yasirlərə də şamildir. Ayənin bu iki mənaya aid edilməsi heç bir ziddiyyət təşkil etmir. Yəni, burada məqsəd bir qrupdur və onların öndəri isə məhz o seçilən şəxsdir. (7) Bu hədisdə təkcə məsumların adı deyilib. “Şahid” sözünün təkcə həzrət Əlinin (ə) adı ilə təfsir edilməsi onun seçilən ilk nümunə olmasıdır. Qeydlər: 1.“Burhan” təfisiri, c. 2, səh. 211; “Nurus-səqəleyn”; “Qurtubi təfsiri”,c. 9, səh. 16; “Məcməul-bəyan” və digər təfsirlər; “Kafi”, c.1, səh. 190, 3-cü hədis (Darul-kutubil-islamiyyə); “Biharul-ənvar”, c. 35, səh. 393-394. 2. “Burhan” təfisiri, c. 2, səh. 211; “Nurus-səqəleyn”; “Qurtubi təfsiri”, c. 9, səh. 16; “Məcməul-bəyan” və digər təfsirlər; “Kafi”, c.1, səh. 190, 3-cü

İmam Əli (ə) 27.12.2024

HƏZRƏT ƏLİ (ə) MÖMİNLƏRİN QƏLBİNDƏ

HƏZRƏT ƏLİ (ə) MÖMİNLƏRİN QƏLBİNDƏ sual : “Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir? Qısa cavab: Bəzi hədislərə görə bu ayə İmam Əli barəsindədir. Məsələn bir hədisdə İbn Abbasdan nəql olunub: “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi Əli ibn Əbi Talib haqqında nazil olub. Ətraflı cavab: Həzrət buyurdu: “Məryəm” surəsinin 96-cı ayəsində oxuyuruq: اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّاً “İman gətirib  yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” Əhli-sünnənin bir çox hədis və təfsir kitablarında bu ayənin izahı ilə bağlı Peyğəmbərə (s) istinad edilən çoxlu sayda hədislər var. Bu, onu göstərir ki, ayə ilk növbədə həzrət Əli (ə) haqqında nazil olub. Əllamə Zəməxşəri “Kəşşaf”, Sibt ibn Covzi “Təzkirə” kitabında, Gənci, Şafei, Qurtubi özlərinin məşhur təfsirlərində, Muhubiddin Təbəri “Zəxairul-uqba” kitabında, Nişaburi məşhur təfsirində, İbn Səbbağ Maliki “Fusulul-muhimmə”, Süyuti “Durrul-mənsur”, Heysəmi “Səvaiqul-muhriqə”, Alusi “Ruhul-məani” kitabında bu ayənin təfsiri haqqında çoxlu sayda hədis yazıblar. 1.  Sələbi öz təfsirində Bərra ibn Azibdən nəql edir ki, Allahın Rəsulu (s) həzrət Əliyə (ə) buyurdu: قُلِ اللّهُمَّ اجْعَلْ لِى عِنْدَکَ عَهْداً، وَ اجْعَلْ لِى فِى قُلُوبِ الْمُوْمِنِیْنَ مَوَدَّهً، فَاَنْزَلَ اللّهُ تَعالى اِنَّ الَّذِیْنَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ اللرَّحْمنُ وُدّاً “De ki, ey Allah, mənim üçün öz yanında bir əhd müəyyən elə, mənim məhəbbətimi möminlərin qəlbinə sal.” Bu zaman “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi nazil oldu. (1) Başqa kitablarda bu hədis bir qədər fərqli şəkildə qeyd olunub. 2.    İslam dünyasına aid kitabların bir çoxunda İbn Abbasdan nəql olunub: نُزِّلَتْ فِى عَلِىِّ بْنِ اَبِیْطالِب اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّا قالَ: مَحَبَّهً فِى قُلُوبِ الْمُوْمِنِیْنَ   Yəni, “İman gətirib  yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi Əli ibn Əbi Talib haqqında nazil olub. (2) 3.    “Səvaiq” kitabında Məhəmməd ibn Hənifə ayənin təfsiri barədə yazır: لایَبْقى مُوْمِنٌ اِلاّ وَ فِى قَلْبِهِ وُدٌّا لِعَلِىٍّ وَ لاِهْلِبَیْتِهِ “Elə bir imanlı şəxs tapılmaz ki, onun qəlbində həzrət Əli (ə) və onun Əhli-beytinin (ə) məhəbbəti olmasın.” (3) 4.    Ola bilsin ki, bu səbəbdən səhih və mötəbər bir rəvayətdə Əmirəl-möminin Əlidən (ə) belə nəlq olunub: لَوْ ضَرَبْتُ خَیْشُومَ الْمُوْمِنِ بِسَیْفِى هذا عَلى اَنْ یُبْغِضَنِی ما اَبْغَضَنِى وَ لَوْ صَبَبْتُ الدُّنْیا بِجَمّاتِها عَلَى الْمُنافِقِ عَلى اَنْ یُحِبَّنِى ما اَحَبَّنِى وَ ذلِکَ اَنَّهُ قُضِىَ فَانْقَضَى عَلى لِسانِ النَّبِىِّ الاْ ُمِّىِّ(صلى الله علیه وآله) اَنَّهُ قالَ لایُبْغِضُکَ مُوْمِنٌ وَ لایُحِبُّکَ مُنافِقٌ   ”Əgər bu qılıncımla (qılıncın qəbzəsi və arxası ilə) mənə düşmən olsun deyə möminin burnuna vursam, heç vaxt düşmən olmayacaq. Məni sevsin deyə bütün dünyanı (nemətlərini) münafiqə versəm, sevməyəcək. Bu, ona görədir ki, Peyğəmbər (s) qəti bir hökm kimi mənə buyurdu: Ey Əli! Heç bir mömin sənə düşmən olmaz və heç bir münafiq sənin məhəbbətini qəlbində yerləşdirməz.” (4) 5.  İmam Sadiqə (ə) aid bir hədisdə oxuyuruq: “Peyğəmbər (s) namazının sonunda camaatın eşidə biləcəyi uca bir səslə Əmirəl-möminin Əli (ə) üçün belə dua etdi: ” اَللّهُمَّ هَبْ لِعَلِىٍّ الْمَوَدَّهَ فِى صُدُورِ الْمُوْمِنِیْنَ، وَ الْهَیْبَهَ وَ الْعَظَمَهَ فِى صُدُورِ الْمُنافِقِیْنَ فَاَنْزَلَ اللّهُ اِنَّ الَّذِینَ آمَنُوا… ”  “Ey Allah, Əlinin (ə) məhəbbətini möminlərin ürəyində yerləşdir, onun heybət və əzəmətini münafiqlərin qəlbinə sal!” Bu zaman yuxarıdakı sözügedən ayə nazil oldu.

MÜQƏDDƏS AYLAR (İslam ayları) 26.12.2024

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Qurban bayramı namazının vaxtı günəş qalxdıqdan günortayadəkdir. Qurban bayramı namazı (Fitr bayrmı namazı kimi) iki rükətdir: birinci rükətdə Həmd və surədən sonra beş təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə isə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilərək namaz başa çatır. Qurban bayramı namazının qunutunda istənilən duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: “Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.” 3. Namazdan sonra bu təkbirləri təkrar-təkrar demək: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ اللَّهُ أَكْبَرُ عَلَى مَا هَدَانَا اللَّهُ أَكْبَرُ عَلَى مَا رَزَقَنَا مِنْ بَهِيمَةِ الْأَنْعَامِ وَ الْحَمْدُ لِلَّهِ عَلَى مَا أَبْلانَا “Əllahu-əkbər, əllahu-əkbər, la ilahə illəllahu vəllahu-əkbər. Əllahu-əkbər və lillahil həmd, əllahu-əkbəru əla ma hədana. Əllahu-əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəlhəmdu lillahi əla ma əblana.” 4. Qurban kəsmək; İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-Kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın “ənam” adlanan ev heyvanlarından olması şərt sayılır. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə “ənam” qisminə aid heyvanların yuxarıda adıçəkilən dörd cinsdən olduğu vurğulanır. Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı qurban kəsməyə icazə verilmir. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş olmamalıdır. Qurbanlıq heyvanın erkək olması da vacib şərt deyil.

Dua 26.12.2024

Qurbanlıq kəsərkən oxunan dua

Qurbanlıq kəsərkən oxunan dua بسم اللَّه و اللَّه اكبر وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّماواتِ وَ الْأَرْضَ حَنِيفاً مسلما وَ ما أَنَا مِنَ الْمُشْرِكِينَ،إِنَّ صَلاتِي وَ نُسُكِي وَ مَحْيايَ وَ مَماتِي لِلَّهِ رَبِّ الْعالَمِينَ، لا شَرِيكَ لَهُ وَ بِذلِكَ أُمِرْتُ وَ أَنَا أَوَّلُ الْمُسْلِمِينَ. ألَّلهُمَّ مِنْك َ وَ لَكَ‌ بِسْمِ الله ِ وَالله ُ أكْبَرُ،‌ ألَّلهُمَّ تَقَبَّل مِنـِّي» Oxunuşu: “Bismillahi, vəllahu əkbər, vəccəhtu vəchiyə lilləzi fətərəs-səmavati vəl ərzə hənifən müslimən və ma ənə minəl müşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil aləmin. La şərikə ləhu və bizalikə umirtu və ənə əvvəlul müslimin. Əllahummə minkə və ləkə, bismillahi, vəllahu əkbər, Əllahummə təqəbbəl minni.” Tərcüməsi: “Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır. Allahım, (bu qurbanı) məndən qəbul et”. P.S: İmam Əlidən (ə) rəvayət olunmuş bu duanı hər bir niyyət üçün Qurban kəsəndə, o cümlədən də İsmayıl (ə) qurbanı kəsəndə oxumaq savabdır.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...