Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 15.12.2024

“Nur” surəsinin fəziləti

1-İbn Məskandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Namus və malınızı Nur surəsini oxumaqla qoruyun. Həmçinin öz xanımlarınızı onunla qoruyun, çünki, bir kəs bu surəni hər gün yaxud hər gecə oxumağa davam etdirsə, ölənə qədər öz ailəsindən heç bir kəs iffətsizliyə (əxlaqsızlığa) düçar olmaz, Dünyadan gedəndə yetmiş min Mələk onu qəbrinə qədər müşayiət edər, hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra onu qəbrə qoyarlar. (Yusif surəsinin 12-ci ayəsinə müraciət edin). 2-Allahun Rəsulu (s.ə.v.v) buyurdu: Allah Nur surəsini oxuyan kəsə keçmişdəki və gələcəkdəki möminlərin hamısının əcri qədər həsənə (savab) verər. Hakim Əbu Əbdullah öz səhihində Ayişədən nəql edir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) belə buyurdu: Xanımlarınızı evlərdə bekar saxlamayın, bəlkə toxuculuğu və Nur surəsini onlara öyrədin. Hər kəs Nur sursini yazıb yatanda onu başına altına qoysa, həmin gecə möhtəlim (cunub) olmaz. Əgər Nur surəsini yazıb yuyub onun suyunu gözünüzə sürtsəniz, qaranlıq və zəifliyi aradan gedər. “Əllahu nurus-səmavati vələrzi məsəlu nurihi kəmişqati fiha misbahunil misbahu fizucacətin-əzzucacətu kəənnəha kəvkəbun durriyyun yuqədu min şəcərətin mübarəkətin zeytunətin la şərqiyyətin vəla ğərbiyyətin yəkadu zəytuha yuziu vələv ləm təmsəshu narun. Nurun əla nurin yəhdillahu linurihi mən yəşau. Və yəzribullahul əmsalə linnasi, vəllahu bikulli şəyin Əlim” (Nur –35) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Möminun” surəsinin fəziləti

-Hüseyn ibn Übəyyil Əla rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurdu: Hər kəs Muminun surəsini oxusa, Allah onun ömrünü səadət və xoşbəxtliklə sona çatdırar. Əgər bir kəs bu surəni oxumağı davam etdirsə, Allahın göndərdikləri və Peyğəmbərlərlə birlikdə Əəlada olacaqdır. 2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mələklər bu surəni oxuyan kəsə, Qiyamət günündə ruh və reyhanla, və göz aydınlığına səbəb olan şeyləri bəşarət verərlər. Həlakətdən nicat tapmaq üçün (ancaq zərur işlərdə) 140 dəfə oxuyun. Əgər onu gecə yazıb ipək parçada başına qoysa, (fasiqlik) həvəsi qəlbindən gedər, və şərabı tərk edər. Rəvayətlərin birində yazılıb ki, Əbdullah Məsud günlərin birində xəstə yanına gedib, bu ayəni “Əfəhəsibtum ənnəma xələqnakum əbəsən və ənnəkum iləyna laturcəun. Fətəallahul məlikul həqqu la ilahə illa huvə rəbbul ərşil Kərim. Vəmən yədu məəllahi ilahən axirə la burhanə ləhu bihi fəinnəma hisabuhu ində rəbbihi innəhu la yuflihul kafirun. Və qul rəbbiğfir vərhəm və əntə xəyrur-rahimin.” (Muminin 115-118) onun qulağına oxudu və tezliklə şifa tapdı. Bu xəbəri Allahın Rəsulunun hüzuruna çatdırdılar. Həzrət Əbdullaha dedi: xəstənin qulağına nə oxudun? o dedi: Filan ayəni (Muminun-115-118). Həzrət buyurdu: Bəli, doğrudur, canım əlində olan Allaha and olsun. Əgər bu ayəni sidq ürəkdən və yəqinliklə dağa oxunsa, dağ yerindən qopar. Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql olunub ki, hər kəs muminun surəsini cümə günündə oxuya, və bu işi davam etdirə, onun mənzili Firdovs Əlada olar. Sonra yenə də buyurdu: Bu surənin əvvəli və sonu Behiştin qiymətli cəvahiratlarındandır. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Həcc” surəsinin fəziləti

1-Surət ibn Kuləybin atasından rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Bir kəs hər üç gündə həcc surəsini oxusa, bir il keçməz ki, Allahın evinin (Kəbə) ziyarəti ona nəsib olar, və Həccə yola düşər. Əgər bu səfərdə dünyadan getsə, (vəfat etsə) onu birbaşa Behiştə apararlar. Ravi (rəvayət edən) deyir: Söylədim əgər bu kişi müxalifətlərdən olsa, onunla nə edəcəklər? Həzrət buyurdu: Əzabını yüngülləşdirəcəklər. 2-Allahın Peyğəmbəri (s.ə.v.v) buyurdu: Hər kəs Həcc surəsini oxusa, bütün Həcc və ömrə edənlərin, keçmişdə və gələcəkdə ömrə ziyarəti edənlərin, savabı ona veriləcək. İşlərin sonundan xəbərdar olmaq üçün bu ayəni 201-dəfə oxusun və yatsın. “Ələm təələm ənnəllahə yəələmu ma fissəmai vələrzi innə zalikə fikitabin innə zalikə ələllahi yəsirun” (Həcc-70) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Ənbiya” surəsinin fəziləti

1-Fəzl ibn Rəssandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Ənbiya surəsini həvəslə oxusa, əbədi Behiştdə Peyğəmbərlərlə birlikdə olacaq. yaşadığı müddətdə xalqın nəzərində hörmətli və əzəmətli olar. 2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allah Ənbiya surəsini oxuyan kəsdən asanlıqla hesab çəkər, onu bağışlayıb və Quranda adı olan Peyğəmbərlər ona salam deyərlər. Hər cür xəstəlik və yaxud fikrin pərişanlıq yaxud da yuxusuzluq üçün bu ay əni yazıb özündə saxlayın: “Vəzənnuni iz zəhəbə mucazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin.” (Ənbiya-87). Qızdırmanı müalicə etmək üçün bu ayələri yazıb özündə saxlasın. “Ya naru kuni bərdən və səlamən əla İbrahimə və əradu bihi kəydən fəcəəlnahumul əxsərin.” (Ənbiya-69-70) Taha və Ənbiya: Xora (cozan) xəstəliyinin müalicəsi üçün bu ayələri yazıb özündə saxlayın. “İnnəhu mən yəti rəbbuhu mucrimən fəinnə ləhu cəhənnəmə layəmutu fiha və la yəhya. Və mən yətihi muminən qəd əmiləs-salihati fəulaikə ləhumud-dərəcatul-ulya”. (Taha-74-75) “Kullu nəfsin zaiqətul məvti və nəblukum bişşərri vəlxəyri fitnətən və iləyna turcəun”. (Ənbiya-35) Yazının tərtibində tərcümə olunuş kitabların elektron versiiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Taha” surəsinin fəziləti

1-İshaq ibn Əmmardan rəvayət olunub ki, oxumağı tərk etməyin, çünki Allah bir surəni, və onu oxuyanı sevir. Hər kəs bu surəni oxumağı davam etdirsə, Allah Qiyamət günündə onun əməllərini sağ əlinə verər. onun İslam dinindəki buyurulan əməllərindən çətin hesab çəkməz, və ona o qədər savab əta edər ki, axırda sevinər. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s) nəql edib ki, hər kəs bu surəni oxusa, Qiyamət günündə mühacir və Ənsarın savabı ona verilər. Əbu hurəyrə deyir. Allahın Peyğəmbəri deyir. Allahın Peyğəmbəri buyurdu: Allah-taala Taha və Yasin surəsini Adəmin xilqətindən iki min ilə qabaq oxudu, Mələklər Quranın avazını eşidib dedilər: Quran onlara nazil olan ümmət, Quranı həml edən sinələr, Quranla danışan dillər xoşbəxtdirlər. Həsən deyir: Allahın Peyğəmbəri buyurdu: Beheşt əhli Yasin və Taha surəsindən başqa Quranın surələrini tilavət etməzlər (oxumazlar). Günəş çıxanda bu surəni oxumaqla ona təzə ruzi kəramət olunar. Bir kəs bu surəni yazıb özündə saxlasa, hər hacəti ardınca getsə, qəbul olunar, və hər kimdən elçilik etsə müsbət cavab verərlər. Hər kim iki nəfərin arasında sülh etmək istəsə, bu surəni oxusun, sözünü hər iki tərəf qəbul edər. Ağızda hər cür ağrıya görə bu ayələri yazıb özündə saxlasın. “Bismillahir-rəhmanir-rəhim Ta-ha ma ənzəlna ələykəl Quranə litəşqa. illa təzkirətən limən yəxşa. Tənzilən mimmən xələqəl ərzə vəssəmavatil ula. Ərrəhmanu ələl ərşistəva” (Taha-1-5) Sinə ağrısı üçün ayəni üç dəfə qabdakı suya oxuyub içsin və bir qədər də sinəsinə sürtsün. “Rəbbişrəhli sədri və yəssir li əmri vəhlul uqdətən min lisani yəfqəhu qəvli.” (Taha-25-28) Bu ayəni torpağa oxusun, yaranın üzərinə töksün, və sonra yaraya oxuyub piləsin, inşaallah sağalar. “Minha xələqnakum və fiha nuidukum və minha nuxricukum tarrətən uxra” (Taha-55) Zigili və keçəlliyi dəf edib onu müalicə etmək barəsində Əli ibn Nomandan belə nəql olunub. Bir gün imam Rzanın (ə) xidmətinə gedib dedim ki, bədənimdə çoxlu zigil var və elə buna gör qəmginəm. Həzrət buyurdu: Hər bir zigil üçün yeddi buğda götür və buğdanın hər birinə Vaqiə surəsinin başlanğından yeddi dəfə oxu “İza vəqəətil vaqiəti. Ləysə livəətiha Kazibətun Xafizətun rafiətun. İza ruccətil ərzu rəccən. Və bussətil cibalu bəssən. Fəkanət həbəən munbəsən (Vaqiə-1-6) Sonra onun ardınca aşağıdakı ayəni yeddi dəfə “Və yəsəlunəkə ənil cibali fəqul yənsifuha rəbbi nəfsən fəyəzəruha qaən səfsəfən latəra fiha ivəcən vəla əmtən.” (Taha 105-107) İflicin müalicəsi üçün aşağıdakı ayəni yazıb özünüzdə saxlayın və ayəni bir dəfə iflic olan üzvə oxuyun. “Bismillahir-rəhmanir-rəhim. Yəmhullahə ma yəşau və yubitu və indəhu ummul kitab (Rəd-39) “Əlhəmdu lillahi fatiri s-səmavati vələrzi cailil məlaikəti rusulən ulii əcnihətən məsna və sulasə, və rubaə.” (Fatir-1) bağladım (filan ibn filan) xəstənin adı və anasının adı. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Məryəm” surəsinin fəziləti

1-Əban ibn Osmandan nəql olunub ki, Həzrət Sadiq (ə) belə buyurudu: Hər kəs Məryəm surəsini oxumağı davam etdirsə, bu surə onu istədiyi şeylərdən, (candan, maldan, övladdan) ehtiyacsız etməyincə ölməz. Həmçinin axirətdə İsa ibn Məryəmin (ə) dostlarından olar, və o gün Həzrət Süleymanın (ə) dünyadakı səltənəti kimi səltənətəsahib olar. 2-Übəyy ibn Kəb İslamın əziz Peyğəmbərindən (s.ə.v.v) nəql edib ki, bu surəni oxuyan kəsə Zəkəriyyaya, Yəhyanı, Məryəmi (ə), İsanı (ə), Musanı (ə), Haruna (ə), İbrahimi (ə), İsahaqı (ə), Yəqubı (ə), İsmaili (ə) təsdiq və yaxud təkzib edənlərdən və həmçinin Allahdan övlad istəyib yaxud istəməyənlərin sayı qədər Allah on həsənə (savab) verər. Hər kim bu surəni yazıb evidə saxlasa o evin xeyir-bərəkəti çoxalar. Bir kəs bu surəni yazıb suyunu içsə, heç vaxt qorxmaz. Əgər bu surəni yazıb onu yuyub suyunu bir qızın üstünə töksələr, onun üçün həyat yoldaşı tapılar. Məryəm və Fəth surəsini: Baş ağrısı və [miqren) üçün yazın. Aşaağıdakı ayələri yazıb başınıza bağlasanız inşaallah ağrısı keçib gedər. “Bismillahir-rəhmanir-rəhim. Kaf ha, ya, əyn, sad, zikru rəhməti rəbbikə Əbdəhu Zəkəriyya. İz nada rəbbəhu nidaən xəfiyyən. Qalə rəbbi inni vəhənəl əzmu minni vəştəələrrəsu şəybən və ləm əkum biduaikə rəbbi şəqiyyən.” (Məryəm 1-4) “Muhəmmədun rəsulullahi vəlləzinə məəu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtətunə fəzlən minəllahi və rizvanən, simahum fitvucuhihim min əsəris-sucudi zalikə məsəluhum fittovratı və məsəluhum fil incili kəzərin əxrəcə şətəhu fəəzərəhu fəstəğləzə fəstəva əla sutihi yucibuz zurraə liyəcizə bihimul kuffarə, vəədəllahul-ləzinə amənu və əmilussalihati minhum məğfirətən və əcrən əzimən.” (Fəth-29) 2-İmam Əliyyən Nəqidən (ə) rəvayət olunub ki, baş ağrısı üçün bu ayəni qabdakı suya oxuyub içsin. “Əvələm yərəlləzinə kəfəru innəs-səmavati vəl ərzə kanəta rətqən fəfətəqnahuma və cəəlna minəlmai kullə şəyin həyyin əfəla yuminun”. (Ənbiya-30) 3-Bir rəvayətdə nəql olunub ki, bir şəxs Mərv (Xorasan) əhlindən imam Hadinin (ə) xidmətinə başağrısından şikayət etdi. Həzrət onu yanına çağırıb əlini onun başına sürtüb bu ayəni oxudu: “İnnəllahə yumşkus-səmavati vələrzə ən təzula, vələin zaləta in əmsəkəhuma min əhədin min bəədihi innəhu kanə həlimən ğəfurən.” (Fatir-41) 4-İmam Məhəmməd Baqirdən (ə) nəql olunub ki, başağrısını müalicəsi aşağıdakı ayəni yazıb başınıza bağlasananız inşallah şifa taparsınız. “Və kəlbuhum basitun ziraəyhi blvəsidi ləvittələtə ələyhim ləvəlləytə minhum firarən vələmuliət minhum rubən.” (Kəhf-18). 5-Məkarimul-əxlaqda (kitabında) yazılıb ki, şəqiqənin (gicgahın) ağrısı üçün ibam (baş barmaq) və səbabə (işarə barmağı) barmağınla gicgahını möhkəm sıxıb bu ayələri oxu: “Fəmən kanə minkum mərizən əv bihi əzən min min rəsihi fəfidyətun min siyamin əv sədəqətin, və nusukin.” (Bəqərə-196) “Yədullahi fəvqə əydihim fəmən nəkəsə fəinnəma yənkusu əla nəfsihi və mən əvfa bima ahədə ələyhullahə fəsəyutihi əcrən əzimən” (Fəth-10) İskin səkəntukə ya vəcəəş-şəqiqəti billəzi səkənə ləhu ma filləyli vənnahari və huvəs-səmiul əlim.” 6-Bu ayəni başınıza bağlayın: “Bismillahir-rəhmanir-rəhim. Rəbbəna la tuzii qulubəna bəədə izhədəytəna vəhəb lana minlədunkə rəhmətən innəkə əntəl vəhhab.” (Ali-İmran-8) 7-Bu ayəni yazıb özündə saxla: “Ələm tərə ila rəbikə kəyfə məddəzzillə vələv şaə ləcəələhu sakinən summə cəəlnaş-şəmsə ələyhi dəlilən summə qəbəznahu iləyna qəbzən yəsirən.” (Furqan-45-46)

Surələrin Fəziləti 15.12.2024

“Kəhf” surəsinn fəziləti

1-Əhməd ibn Hilal, İsa ibn Əbdullahdan, o da atasından, o isə Əmirəlmöminindən (ə) rəvayət edir ki, Həzrət belə buyurdu: “Bu ayəni “Qul innəma ənə bəşərun mislikum yuha iləyyə innəma ilahukum ilahun vahidun, Fəmən kanə yərcu liqasə rəbbihi fəlyəməl əmələn salihən vəla yuşrik biibadəti rəbbihi əhədən.” (Kəhf-110) Oxuyan şəxs üçün öz evindən Kəbə evinə qədər və əgər hərəm əhlindən (Məkkəli) olmuş olsa, onun üçün Beytül Müqəddəsə qədər məsafədə nur çəkilər. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, bu surəni oxuyan kəs səkkiz gün bütün fitnələrdən asudə (rahat) olar. Əgər bu səkkiz gün ərzində Dəccal belə zühur etsə Allah yenə də onu onun fitnəsindən qoruyacaqdır. Hər kəs yatağına girən zaman bu ayəni (Kəhf-110) “Qul innəma ənə bəşərun mislukum”… oxusa, onun yatağından Kəbəyə tərəf nur saçar, və onun ətrafındakı Mələklər Allahın dərgahından onun üçün yuxudan oyana qədər rəhmət tələb edərlər. Əgər Məkkəli bir kəs bu ayəni oxusa, onun yatağından Beytul-Məmura (göyün dördüncü təbəqəsində məscid) nur saçar və yuxudan oyana kimi mələklər Allahın dərgahından onun üçün rəhmət tələb edərlər. Əgər Məkkəli bir kəs bu ayəni oxusa, onun yatağından Beytul-məmura (göyün dördüncü təbəqəsində məscid) nur saçar və yuxudan oyanana qədər mələklər Allahın dərgahından onun üçün rəhmət tələb edərlər. Səmrət ibn Condəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Kəhf surəsindən on ayə əzbərləsə, Dəccalın fitnəsi ona zərər yetirməz. Əgər bir kəs Kəhf surəsinin hamısını oxusa, Behiştə daxil olar. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Sizə nazil olanda yetmiş min mələklə müşayiət edilən, əzəməti yeri və asimanı əhatə etmiş, surəni göstərməyimmi? Dedilər bəli göstərin. Həzrət buyurdu: O Əshabi Kəhf surəsidir. Hər kəs cümə günü bu surəni oxusa, Allah onu üç gün qarşıdakı cümədən sonraya qədər bağışlayar, və ona elə bir nur əta edər ki, asimana çatar, özüdə Dəccalın fitnəsindən amanda qalar. Vaqidi öz sənədinə əsasən Əbul dərdadan, o da Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, hər kəs Kəhf surəsinin əvvəlindən on ayə əzbərləsə, Qiyamət günündə onunla bir nur birlikdə olacaqdır. Yenədə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət olunub ki, bir kəs cümə günü Kəhf surəsini oxusa altı gün bütün fitnələrdən asudə olar, və hətta əgər Dəccal zühur etsə də onun şərrindən amanda olar. Əyyaşi öz sənədinə əsasən İmam Sadiqdən (ə) rəvayət edib ki, hər kəs cümə axşamı Kəhf surəsini oxusa, şəhid kimi dünyadan gedər, Allah onu şəhidlərlə birlikdə qaldırar, və Qiyamətdə şəhidlər sırasında dayanar. Borcunu vermək niyyəti ilə bu surəni oxu, inşaallah borcunu ödəyərsən. Təfsirçilər məsumlardan rəvayət ediblər ki, hər kəs bu surənin 110-cu ayəsini oxusa istədiyi vaxt yuxudan oyana bilər. Ayə: Qul innəma ənə bəşərun misluku-ayənin sonuna qədər. Bu surənin 18-ci ayəsində deyilir: “Və kəlbuhum basitun ziraəyhi bilvəsid.” Hər kəs bu ayəni yazıb həmişə özündə saxlasa itdən ona bir ziyan dəyməz. Səələbi öz təfsirində yazıb ki, Hər kəs gecə-gündüz ərzində Həzrət Nuh (ə)-a bu tərzdə salam göndərsə, “Əssəlamu əla Nuhin filaləmin”, bu dünyada əqrəbdən qorunar və o dünyada ona bir zərər dəyməz. İmam Sadiq (ə) atalarından nəql olunmuş rəvayətə əsasən buyurur: Mənim Quran olan evdən xoşum gəlir, çünki Allah lənətlənmiş divi (şeytan) onun (Quranın) səbəbinə o evdən qovar. İmam Sadiq (ə) buyurdu: Hər kəs Quranı çətinliklə öyrənsə, o iki əcrə sahib olacaq. Amma onu asanlıqla öyrənən kəs, yaxşı insanlarla birlikdə olacaqdır. Əgər bir kəs bir işi yerinə yetirmək istəsə və yaxud istəməsə bu ayəni oxusun: “Əfəhəsibəlləzinə Kəfəru ən yəttəxizu ibadi min duni əvliyai inna əətədna cəhənnəmə lil kafirinə nuzulən” (Kəhf-102). Sonra desin: “Allahumə səlli əla Muhəmmədin və ali Muhəmməd və ərini bəyazən və humrən.” və yuxulasın. Əgər yuxuda ağ bir şey görsə, o işi yerinə yetirin, amma əgər yuxuda qırmızı və yaxud qara şey görsə, o işi etməsin. Qızdırması olan bir kəs yatan zaman aşağıdakı ayəni yazıb yastığının altına qoysa, qızdırması azalar. “Əm həsibtə ənnə əshabəl kəhfi vərrəqimi kanu min ayatina əcəbən iza əval fitnətu iləl kəhfi fəqalu rəbbəna atina minlədukkə rəhmətən və həyyi ləna min əmrina rəşədən.” (Kəhf 8-9)

Surələrin Fəziləti 15.12.2024

“İsra” surəsinin fəziləti

1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Cəfər (ə) belə buyurdu: Bir kəs Bəni İsrail surəsini hər cümə axşamı oxusa imam Zamanın dövrünü dərk etməmiş ölməz, və o Həzrətin dostlarından olar. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Bəni İsrail surəsini oxuyarkən ata və ana barəsində olan ayəni oxuyan kəsin ürəyi yumşalsa, Behiştdə ona 2400 peymanə (qab) bərabərində əcr veriləcəkdir ki, hər bir peymanə bütün dünya nemətlərindən üstündür. Ayə: “Və Qəza rəbbukə əlla təəbudu illa iyyahu vəbil validəyni ihsanən, imma yəbluğənnə indəkəl kibərə əhəduhuma əv kilahuma fəla təqulləhuma uffin, vəla tənhərhuma və qul-ləhuma qəvlən kərimən.” (İsra-23) Hər bir çətinliyi olan kəs bu ayəni yeddi dəfə ardıcıl oxusa, müşkülü həll olar. Uşaq gec dil danışanda, bu surəni müşk və zəfərənla yazıb yuyun. Sonra onu uşağa içirsəniz, dili açılar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Nəhl” surəsinin fəziləti

1-Məhəmməd ibn Müslümdən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ayda bir dəfə Nəhl surəsini oxusa, dünyada mal-dövlətinə ziyan dəyməz, və həmçinin yetmiş cür bəladan ki, onların ən yüngülü dəlilik, cozam, pisixdən amanda qalar. Axirət onun məskəni (mənzili) ədn Behiştin ortasıdır. 2-Həzrəti Rəsul (s.ə.v.v) buyurdu: Hər kəs Nəhl surəsini oxusa, uca məqamlı Allah ona verdiyi nemətlərini hesab etməz ölüb özündən sonra vəsiyyət etmiş şəxsin əcrini alar, əgər o həmin gün vəfat etsə, ölən zaman yaxşı şeylərə vəsiyyət etmiş kəsdən neçə bərabər çox olar Əgər bir qadın südünün çoxalmasını istəyirsə, bu ayəni yazıb suyunu içsə, südü çoxalar. Ayə: “Və innə ləkum filənami ləibrətən nusqikum mimma fibutunihi min bəyni fərsin və dəmin ləbənən xalisən saicən lişşaribin.” (Nəhl-66) Bir kəsin hafizəsi zəif olsa, və hər şeyi eşidib tez bir zamanda öyrənib, yaddan çıxmamasını istəyirsə, duşənbə (birinci gün) günündən başlayıb, bu ayələri yeddi tikə quru çörəyə yazsın və gündə birini yesin. Birinci gün: Duşənbə: “Fətaalal-lahul məlikul həqqul mubin.” İkinci gün: Seşənbə: “Rəbbi zidni ilmən.” (Taha 114) Üçünci gün: Cahar şənbə: “Sənuqriukə fəla tənsa.” (Əla-6) Dördüncü gün: Pəncənşəbə: “İnnəhu yəələmul cəhrə vəma yəxfa.” (Əla-7) Beşinci gün: Cümə: “La tuhərrik bihi lisanəkə litəcələ bihi.” (Qiyamət-16) Altıncı gün: Şənbə: “İnnə ələyna cəməhu və Quranəhu.” (Qiyamət-17) Yeddinci gün: Yekşənbə: “Fəiza Qərənahu fəttəbi Quranəhu.” (Qiyamət-18)

Surələrin Fəziləti 14.12.2024

“Rəd” surəsinin fəziləti

1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Sadiq (ə) buyurdu: Hər kəs Rəd surəsini çox oxusa, hərçənd Əhli-beytin düşmənlərindən olsa belə Allah onu dünyada ildırım vurmaqla həlak etməz. Əgər şiə qarilərindən (Quran oxuyanları) olsa, Allah onu hesab-kitabsız Behiştə daxil edər, ailəsinin mömin qardaşlarının və dostlarının barəsində etdiyi şəfaəti qəbul olunar. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Rəd surəsini oxusa ona on savab əta olunar ki, xilqətin (yaranışın) əvvələrindən Qiyamət gününə kimi yaranan buludlarla eyni səviyyədə olar. Qiyamət günündə o kəslərdəndirlər ki, onlar öz əhdlərinə vəfa etmişlər. Şeyx Bəhaidən nəql olunub ki, qadınların hamilə olması üçün bu ayəni “Vələv ənnə Quranən suyyirətbihil cibalu, əv quttiət bihil ərzu, əv kullimə bihil məvta, bəllillahil əmru cəmiən.” (Rəd 31). Muqəttəə hərifləri ilə yazıb (vav, lam, vav, əlif, nun, qaf, ra, əlif, nun, əyn…) həyat yoldaşının böyrünə bağlasan, hamilə olar. (O dedi: bunu 900 qadına bu nüsxəni yazdım hamısı hamilə oldular). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“İbrahim” və “Hicr” surələrinin fəziləti

1-Ənbə ibn Məsəbdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: hər kəs Həftədə bir dəfə namazının birinci və ikinci rükətində İbrahim və hicr surəsini oxusa, yoxsul ehtiyaclı dəli olmayıb, başqa bəlalara da giriftar olmaz. 2-İbn Əbi Kəb deyir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İbrahim və hicr surəsini oxusa, bütləri sitayiş edənlərin və sitayiş etməyənlərin sayı qədər ona on savab verilər. 3-Übəyy ibn Kəb başqa bir rəvayətdə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) belə nəql edib. Hər kəs Hicr surəsini oxusa Allah ona mühacir və Ənsarın və Məhəmmədi (s.ə.v.v) məsxərə edənlərin sayı qədər on həsənə (savab) verəcək Deyirlər ki, hafizənin güclənməsinə xatir aşağıdakı ayəni qırx bir dəfə quru incilə oxuyub, gündə neçə ədəd ondan yesin. Ayə: “İnna nəhnu nəzzəlnəz-zikr və inna ləhu ləhafizun.” (Hicr- 9)

Surələrin Fəziləti 14.12.2024

“Hud” surəsinin fəziləti

1-Fərvə Aciri Həzrət Baqirdən (ə) rəvayət edir ki, Həzrət buyurdu: Hər kəs həftədə bir dəfə Hud surəsini oxusa, Allah-taala Qiyamətdə onu Peyğəmbərlərlə birlikdə gətirər. O gün dünyada aludə olduğu günahları onun üçün yazmazlar. 2-Ubəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni oxusa, Həzrəti Nuha, Huda, Salehə, Şüeybə, Luta, İbrahimə və Musaya iman gətirənlərin yaxud onları təkzib edənlərin sayı qədər, ona on həsənə (savab) əta olunar. Qiyamət günü xoşbəxtlərdən olacaq. Səələbi öz sənədinə əsaslanaraq əbi Cuhəyfədən hədis nəql edib ki, Allahın Rəsuluna (s.ə.v.v) belə müraciət etdik. Qocalıq sizdə təsir qoymuşdur? Həzrət buyurdu: Bəli Hud və onun kimi surələr məni qocaltdı. Başqa bir rəvayətdə Əbubəkr də bu sözü Həzrətdən soruşmuşdu. Həzrət isə onun cavabında buyurmuşdu: Hud və onun kimi surələr, yəni “haqqə”, “Vəqiə”, “Əmmə yətəsaəlun” və “həl ətakə hədisul caşiyə” məni qocaltdı. İmam Muhəmməd Baqir (ə) buyurdu: Hər kəs cümə günü bu surəni oxusa, Allah-taala onu Qiyamətdə Peyğəmbərlərlə məhşur edər, və onun hesabını asan edər ki, bir kəs onun günahından xəbərdar olmaz. Hər kəs hacət üçün Hud surəsini on üç dəfə oxu. Aşağıdakı ayəni yazıb maşına bağlasan, hər cür xətər və təhlükədən qorunarsan. Ayə: “Və qalərkəbu fiha bismillahi məcraha və mursaha innə rəbbi ləğəfurun rəhim” (Hud-41) Yazının tərtibində tərcümə olunuş kitabların elektron versiyasından istifadə olunub.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...