Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 20.01.2025

İmam Hüseyn əleyhissalam və ailə

İnsan ictimai varlıqdır, odur ki, heç bir insan təkbaşına və təşkilatsız yaşaya bilməz. Təşkilat və quruluşların hansının ən mühüm və daha lazım olması barədə müxtəlif nəzərlər vardır. İslam dininə görə Allah yanında ən sevimli və ən əziz quruluş ailə quruluşudur. Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: İslama görə evli (ailəli) insanın qıldığı iki rəkət namaz subay adamın qıldığı namazdan yetmiş dəfə üstündür. Başqa bir hədisdə imam Cəfər Sadiq əleyhissalam buyurur: İslam dininin İlahi göstərişlərinə ilk əməl edənlər həzrət Muhəmməd (s) və o həzrətin Əhli-beyti (ə) olmuşlar. Odur ki, məsum rəhbərlər (onların hamısına Allahın salamı olsun) Allaha və axirət gününə inananlar üçün ən gözəl nümunə və örnəkdirlər. İmam Hüseyn (ə) da o məsum rəhbərlərdən biridir. O həzrət ailəcanlı və ailəsinə sadiq olmaqda zamanın nümunəsi idi. İmam Hüseyn əleyhissalam buyurur: Rübab imam Hüseyn əleyhissalamın həyat yoldaşı, Səkinə isə imam Hüseynin (ə) qızıdır. Fikir verin, dostlar, imam Hüseyn (ə) ailəsini o qədər çox sevir ki, onlar yaşayan ev İmamın sevimlisinə çevrilir. Bu hədisdə sevginin istiqamətinin evə təyin edilməsinin mənası budur ki, həmin evdə olan Rübab və Səkinəyə olan sevgi bütün evi, yəni evin içini də çölünü də imam Hüseyn (ə) əleyhissalam üçün sevimli etmişdir. Həmçinin imam Hüseyn əleyhissalam Kərbəla hərəkatı zamanı Aşura gecəsi söylədiyi məşhur çıxışında buyurub: Odur ki, imam Hüseyn əleyhissalam hamımız üçün nümunədir, bəs biz özümüzü o həzrətə oxşada bilmişikmi? Biz həyat yoldaşımız və ailəmizi sevirikmi? Ailəsini və evini sevən insan hər gecə saat 12 və ya 1-ə qədər çayxanalarda vaxtını boşuna keçirməz, zəruri işləri olmadığı təqdirdə evinə tez çatmağa can atar. Bax, bu, İslamın və məsum rəhbərlərin (onların hamısına Allahın salamı olsun) evlilik və ailəyə verdiyi dəyərdir. Amma təəssüf ki, hazırkı zamanda imperializmin təbliğat maşınları tərəfindən gecə-gündüz ailə quruluşuna və evliliyə qarşı güclü təbliğatlar gedir. Onlar evlənməni azadlıqdan məhrum olmaq, asılılıq və problemlərin qaynağı kimi təqdim edirlər ki, təki ailələr dağılsın, insanlar tüfeyli və məsuliyyətsiz olsunlar, düşmənlər də çox rahatlıqla insanları ehtiras, qəzəb və şeytanın əsirinə çevirə bilsinlər. Əxlaqsızlıq, həyasızlıq, günah və pislikləri yaymaqla cəmiyyətlərin vəhdət və birliyini sındırsınlar, cəmiyyətin fərdləri arasında ixtilaf və düşmənçilik toxumları səpsinlər. ما بني في الاسلام بناء أحبّ إلي اللَّه عزّوجلّ و أعزّ من التّزويج “İslam dininə görə heç bir bina və quruluş Allah yanında evlənmməkdən daha sevimli deyil.” (Məkarimul-əxlaq 196-cı səhifə) إن الله عز وجل يحب البيت الذي فيه العرس “Allah Taala o evi sevir ki, həmin evdə gəlin (və toy) olsun.” (əl-Kafi 6-cı cild 54-cü səhifə) احب بيتا فيه رباب و سكينه “Rübab və Səkinə olan evi mən çox sevirəm. و لا اهل بيت ابر و لا اوصل من اهل بيتي “Mən öz ailəmi ən yaxşı və ən mehriban ailə bilirəm.”   Rza Əzizoğlu İrəvani

İmam Hüseyn (ə) 20.01.2025

Peyğəmbərdən (s) İmam Hüseynin (ə) fəziləti haqda 12 hədis

1. İmam Hüseyn (ə) buyurur ki, Peyğəmbəri-Əkrəmin (s) otağına daxil olduqda gördüm ki, Übəyy ibn Kə`b də o həzrətin hüzurundadır. Peyğəmbəri-Əkrəm (s) mənə buyurdu: فَقَالَ لِي رَسُولُ اللهِ (ص) مَرْحَبًا بِكَ يَا اَبَا عَبْدِ الله، يَا زَيْنَ السَّمٰوَاتِ وَ الْأَرَضِينَ! قَالَ لَهُ اُبَيٌّ: وَ كَيْفَ يَكُونُ يَا رَسُولَ اللهِ (ص) زَيْنُ السَّمٰوَاتِ وَ الْأَرَضِينَ اَحَدٌ غَيْرُكَ؟ قَالَ: اُبَيُّ وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ نَبِيًّا إِنَّ الْحُسَيْنَ بْنَ عَلِيٍّ فِي السَّمَاءِ أَكْبَرُ مِنْهُ فِي الْأَرْضِ، وَ إِنَّهُ لَمَكْتُوبٌ عَنْ يَمِينِ عَرْشِ اللهِ عَزَّ وَ جَلَّ: مُصْبَاحُ هُدًي وَ سَفِينَةُ نَجَاةٍ “Ey Əba-Əbdullah, xoş gəlibsən, ey göylərin və yerlərin zinəti!” Übəyy, Peyğəmbəri-Əkrəmdən (s) soruşdu: “Ey Allahın Rəsulu (s)! Səndən başqası da göylərin və yerlərin zinəti ola bilərmi?!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən, ərşin sağ tərəfində yazılıb: “Hüseyn hidayət çırağı və nicat gəmisidir!” 2. Peyğəmbəri-Əkrəm (s) buyurub: الْحَسَنُ وَالْحُسَیْنُ اِمامانِ قاما اَوْ قَعَد “Həsənlə Hüseyn qiyam etsələr də, etməsələr də, imamdırlar.” 3. Peyğəmbəri-Əkrəm (s) buyurub: ان الحسن و الحسين هما ريحانتاى من الدنيا من احبنى فليحبهما “Sözsüz, Həsənlə Hüseyn dünyada mənim iki gülümdür. Məni sevənlər onların hər ikisinə məhəbbət bəsləməlidirlər.” 4. Peyğəmbəri-Əkrəm (s) buyurub: اِنَّ لِلْحُسَيْنَ مَحَبَّةً مَكْنُونَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ “Həqiqətən, möminlərin qəlbində Hüseynə gizli məhəbbət vardır!” اِنَّ لِلْحُسَيْنِ فِي بَوَاطِنِ الْمُؤْمِنِينَ مَعْرِفَةً مَكْنُونَةً “Həqiqətən, möminlərin qəlblərində Hüseynlə gizli tanışlıq vardır!” اِنَّ لِقَتْلِ الْحُسَيْنِ (ع) حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرَدُ اَبَدًا “Möminlərin qəlbində Hüseynin qətlinə görə bir hərarət vardır ki, heç vaxt soyumayacaq!” 5. Peyğəmbəri-Əkrəm (s) buyurub: حُسَيْنٌ مِنِّي وَ اَنَا مِنْ حُسَيْنٍ، اَحَبَّ اللهَ مَنْ اَحَبّ َحُسَيْنًا “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni Allah da sevir!” 6. Peyğəmbəri-Əkrəm (s) buyurub: …وَ هُوَ سَيِّدُ شَبَابِ اَهْلِ الْجَنَّةِ وَ بَابُ نَجَاةِ الْأُمَّةِ، اَمْرُهُ اَمْرِي وَ طَاعَتُهُ طَاعَتِي، مَنْ تَبِعَهُ فَإِنَّهُ مِنِّي وَ مَنْ عَصَاهُ فَلَيْسَ مِنِّي “…O (Hüseyn) behişt gənclərinin sərvəri, ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim, ona itaət mənə itaətdir. Onun yolu ilə gedən məndəndir, ona qarşı çıxan isə məndən ayrıdır!” 7. Peyğəmbəri-Əkrəm (s) buyurub: مَنْ اَحَبَّ اَنْ يَنْظُرَ اِلـٰي اَحَبِّ اَهْلِ الْاَرْضِ اِلـٰي اَهْلِ السَّمَاءِ فَلْيَنْظُرْ اِلَي الْحُسَيْنِ “Kim yer əhli içərisində səma əhlinin yanında ən sevimli olan kəsə tamaşa etmək istəyirsə, Hüseynə baxsın!” 8. Hüzəyfə ibn Yəmani, Peyğəmbəri-Əkrəmin (s) Hüseyn ibn Əli (ə) haqqında belə buyurduğunu nəql edir: يَا اَيُّهَا النَّاسِ، هٰذَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ فَاعْرِفُوهُ فَوَ الَّذِي نَفْسِي بِيَدِهِ، إِنَّهُ فِي الْجَنَّةِ وَ مُحِبِّيهِ فِي الْجَنَّةِ وَ مُحِبِّي مُحِبِّهِ فِي الْجَنَّةِ “Ey insanlar, bu Əli oğlu Hüseyndir, onu tanıyın! And olsun canım ixtiyarında olana (Allaha)! Həqiqətən, onun (Hüseyn) yeri cənnətdir, onu sevənlər və onu sevənləri sevənlərin də yeri cənnətdir.” 9. Peyğəmbəri-Əkrəm (s) buyurub: …وَ بِالْحُسَيْنِ تَسْعَدُونَ وَ بِهِ تَشْقُونَ، اَلٰا اِنَّمَا الْحُسَيْنُ بَابٌ مِنْ اَبْوَابِ الْجَنَّةِ، مَنْ عَادَاه حَرَّمَ اللهُ عَلَيْهِ رَائِحَةَ الْجَنَّةِ “İnsanlar Hüseynin vasitəsilə xoşbəxt və bədbəxt olarlar (o həzrətin yolunu tutanlar xoşbəxt, ona qarşı çıxanlar isə bədbəxtdir). Agah olun ki, həqiqətən, Hüseyn cənnət qapılarından biridir və Allah onunla düşmənçilik edənə cənnətin ətrini haram edər.” 10. Xanım Fatimeyi-Zəhradan (s.ə) belə nəql olunur: دَخَلَ اِلَيَّ رَسُولُ اللهِ (ص) عِنْدَ وِلَادَةِ الْحُسَيْنِ (ع)، فَنَاوَلْتُهُ إِيَّاهُ فِي خِرْقَةٍ صَفْرَاءَ. فَرَميٰ بِهَا وَ أَخَذَ خِرْقَةً بَيْضَاءَ وَ لَفَّهُ فِيهَا ثُمَّ قَالَ: خُذِيهِ يَا فَاطِمَةُ فَإْنَّهُ اِمَامٌ ابْنُ اِمَامٍ، أَبُو الْأَئِمَّةِ التِّسْعَةِ، مِنْ صُلْبِهِ اَئِمَّةُ اَبْرَارٍ وَ التَّاسِعُ قَائِمُهُمْ “Hüseynin anadan olduğu gün Allah Rəsulu (s) evimizə gəldi. Sarı parçaya bükülmüş uşağı ona verdim. O, sarı parçanı kənara ataraq uşağı ağ parçaya büküb dedi: “Ey Fatimə, al (bu) uşağı. O, imam və imam övladı, doqquz pak və məsum imam atasıdır və onların doqquzuncusu Qaimdir (imam Məhdi (əc.)).” 11. Bərra ibn Azib belə nəql edir: رَأَيْتُ رَسُولَ اللهِ (ص) حَامِلَ الْحُسَيْنِ (ع) وَ هُوَ يَقُولُ: “اَللّـٰهُمَّ اِنِّي اُحِبُّهُ فَاَحِبَّهُ “Gördüm ki, Allah Rəsulu (s) Hüseyni qucağına alıb deyir: “Pərvərdigara, mən onu sevirəm, Sən də onu sev!” 12. Peyğəmbəri-Əkrəm (s) xanım Fatimeyi-Zəhraya (s.ə) buyurub: كُلُّ عَيْنٍ بَاكِيَةٌ يَوْمَ الْقِيَامَةِ اِلَّا عَيْنٌ بَكَتْ عَليٰ مُصَابِ الْحُسَيْنِ، فَإِنَّهَا ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ بنعيم الْجَنَّة “Qiyamət günü Hüseynin müsibətinə ağlayan gözdən başqa, bütün gözlər ağlayacaq. Ona ağlayan göz (qiyamətdə) cənnət nemətləri ilə şad və xürrəm olacaqdır.” Rza Şükürlü (Maide.az)

İmam Hüseyn (ə) 20.01.2025

Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır.

Hər bir ailədə yeni körpə dünyaya gələn zaman sevincə və şadlığa səbəb olur. Ancaq Həzrət Peyğəmbərin (s) ailəsində dünyaya gələn bu ikinci körpə sevinclə bir yerdə özü ilə qəm də gətirmişdi. O, Seyyidi-şühəda olan İmam Hüseyndir (ə).   İmam Rza (ə) nəql edir: “O zaman ki, İmam Hüseyn (ə) dünyaya gəlir, Həzrət Peyğəmbər (s) Əsma binti Əmisə buyurur: “Ey Əsma, övladımı mənə gətir!”. İmamı (ə) ağ parçaya büküb, Həzrətin (s) yanına gətirdilər. Həzrət (s) onu aldı və ətəyinə qoydu. Sağ qulağına azan və sol qulağına iqamə oxudu.   Cəbrayil (ə) nazil olub dedi: “Allah Təala sənə salam göndərir və buyurur: “Əlinin (ə) sənə nisbəti Harunun Musaya (ə) nisbəti kimi olduğu üçün, onu Harunun kiçik oğlunun adı ilə adlandır. Sənin dilin ərəb dili olduğu üçün, onu Hüseyn adlandır”. Peyğəmbər (s) onu öpdü və ağladı. Buyurdu: “Sənin qarşıda böyük müsibətin vardır, Allah onu öldürənə lənət etsin”. Sonra buyurdu: “Ey Əsma! Bu xəbəri Fatiməyə (s.ə) demə”.   Yeddinci gün olan zaman Peyğəmbər (s) gəldi və buyurdu: “Övladımı mənə gətir”. Körpəni Həzrətin (s) yanına aparan zaman onun üçün ağ və qara olan qoyunu əqiqə qurbanı olaraq kəsdi. Bir budunu doğum mamasına verdi. Başını qırxdılar, saçının ölçüsü qədər gümüş sədəqə etdi və başına xluq çəkdi. Onu ətəyinə qoyub, buyurdu: “Ey Əba Abdullah! Sənin öldürülməyin mənim üçün nə qədər də ağırdır”. Sonra çoxlu ağladı. Əsma dedi: “Atam-anam sənə fəda olsun, bu, nə xəbərdir ki, birinci gün də buyurdunuz, indi də deyirsiniz? Şadlanmaq yerinə ağlayırsınız?”. Həzrət (s) buyurdu: “Bu əziz övladım üçün ona görə ağlayıram ki, Bəni-Üməyyədən olan kafir dəstə onu öldürəcəkdir. Allah mənim şəfaətimi onlara çatdırmasın. Onu o insan öldürəcəkdir ki, dinimin pozulmasına səbəb olacaqdır. Böyük Allaha kafir olacaqdır. Allahım! Sənə bu iki övladın haqqına dua edirəm, o duanı ki, İbrahim (ə) zümrəsinin haqqında etmişdi. Allahım! Sən onları sev və onları sevənləri sev. Lənət et hər kim onları düşmən bilər, elə bir lənət ki, yeri və göyü doldursun””. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Həzrət İmam Hüseyn (ə) dünyaya gəlir, Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olur və deyir: “Sizin ümmətiniz sizdən sonra Hüseyni (ə) öldürəcəkdir. Onun türbətini sizə göstərimmi?”. Qanad çalıb bir qədər Kərbəla torpağından gətirdi və onu Peyğəmbərə (s) göstərdi. Sonra buyurdu: “Bu, o türbətdir ki, Hüseyn (ə) onun üzərində öldürüləcəkdir””.   Bəli, bu, elə mövluddur ki, möminləri həm sevindirir və həm də Həzrətin (ə) çəkdiyi müsibətlərə görə göz yaşı tökməyinə səbəb olur.   Salam olsun sənə, ey Şəhidlər Sərvəri! Mövludun mübarək, ey Əba Abdullah!/Deyerler.org/

İmam Hüseyn (ə) 20.01.2025

Əhli-Beytdən (ə) olmayan Kərbəla əsirləri

Aşura hadisəsindən sonra ancaq Əhli-Beytin (ə) ailəsi və bəzi yoldaşları sağ qaldılar ki, qadınlardan, nökərlərdən və uşaqlardan ibarət idilər. Ömər ibni Səd (lən), İmam Hüseynin (ə) şəhadətindən sonra onun əzizlərini və o cümlədən, oğlu İmam Səccadı (ə) əsir edib, özü ilə Kufəyə apardı. Kərbəla vaqiəsindən sonra Əhli-Beyt (ə) əsirləri ilə yanaşı, başqa əsirlər də var idi ki, onlar da öz yaxınlarını şəhid vermişdilər. Şəhərlərinə daxil olan zaman, Kufə qəbilə başçılarının vasitəsilə azad olunmuşdular. Ancaq Haşimi əsirləri elə bu halda qalaraq, Şama aparılmışdılar. Əsirlərin bəzisi isə düşmən tərəfindən qətl edilmişdi. Əhli-Beytdən (ə) olmayan əsirlər ilə tanış olaq: 1. Uqbə ibni Səman. İmam Hüseynin (ə) xanımının nökəri olan Uqbə, İbni Səd (lən) tərəfindən əsir olur və sonra azad edilir. 2. Nafə ibni Həlal. O, Quran qarisi, hədis yazan və Əmirəl-möminin (ə) dostlarından olmuşdur. O, Müslimin şəhadətindən sonra İmam Hüseynə (ə) qoşulmuşdu. Aşura günü düşmənin 12 nəfərini cəhənnəmə göndərmişdi. Yaralandığı üçün döyüşü davam etdirə bilmir. Şimr (lən) də onu əsir götürür. Nafə əsirlikdən sonra Şimr (lən) tərəfindən qətl edilir. 3. Muvəqqə ibni Suməmə. O, Aşura hadisəsi zamanı ağır zərbə alır və yerə yıxılır. Qəbiləsi onu xilas edir. Onu Kufəyə gətirib gizlədirlər. İbni Ziyad (lən) bu hadisədən xəbər tutan zaman, onu öldürmək üçün adam göndərir. Ancaq Bəni-Əsədin bu işə qarışması ilə fikrindən daşınır. Onu zəncirə vurub, Zarəyə sürgün edirlər. 4. Sərar ibni Munəm. O, Aşura hadisəsi zamanı yaralanır və əsir düşür. Ömər ibni Səd (lən) onu öldürmək istəyir. Ancaq qəbiləsi buna mane olur. O, Aşura hadisəsindən 6 ay sonra dünyasını dəyişir. 5. Vəhəb ibni Vəhəb. O, xristian bir şəxs idi ki, anası ilə birlikdə İmam Hüseynin (ə) yanına gəlir və müsəlman olur. O, Aşura günü xeymənin sütununu çıxardıb, onunla düşmənə hücum edir və düşmənin bir neçə nəfərini cəhənnəmə vasil edir. Sonra isə əsir düşür. Onun başını kəsib, İmamın (ə) yoldaşlarına tərəf atırlar. 6. Ümmi Əmr. Ümmi Əmr öz həyat yoldaşı ilə birlikdə Kərbəla karvanına qoşulmuşdu. Əri və oğlu bu hadisə zamanı şəhid olur və o da, başqa qadınlar kimi əsir düşür. 7. Fizzə. O, xanım Zəhranın (s.ə) kənizi idi. O da başqa qadınlar kimi əsir düşür. 8. Ümmi Vəhəb. Kərbəlada bu ləqəbi daşıyan iki qadın olmuşdur. Onlardan biri Aşura günü şəhid olmuş və o birisi isə Şeyx Səduqun nəql etdiyinə görə, xristian qadın idi ki, oğlu ilə birlikdə İmam Hüseynin (ə) vasitəsi ilə müsəlman olmuşdular. O, da əsir düşmüşdür. (İslami saytlara istinadən/Deyerler.org/) Tarixin nəql etdiyinə görə, Əhli-Beytlə (ə) birlikdə çox sayda insan əsir düşmüşdür. O zaman ki, Həzrət Zeynəb (s.ə) İbni Ziyadın (lən) məclisinə daxil olur, əmr edir ki, kənizləri onu əhatəyə alsınlar. Ancaq bu kənizlərin adı tarixə məlum deyildir.

İmam Hüseyn (ə) 20.01.2025

Kərbəla inqilabının carçısı

Qeyd etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur. Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki, bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

İmam Hüseyn (ə) 20.01.2025

İmama ilk dəfə növhə oxuyan şəxs

O, İmam Hüseynə (ə) rövzə oxumağın əsasını qoydu Bu, Aşura gününün günortasından çağlamağa başlayan qaynar bir bulaqdır. O zaman bir mənbəyə əsasən, Zeynəb-Kübra “Təll-Zeynəbiyyə”də – yəni Zeynəbiyyə yüksəkliyində Peyğəmbərə (s) müraciətlə belə dedi: “Ey Məhəmməd! Allahın salamı olsun sənə! Bu sənin Hüseynindir. O, qanına boyanıb, bədən üzvləri kəsilib…”. O, İmam Hüseynə (ə) rövzə oxumağın əsasını qoydu, gizli saxlamaq istədikləri hadisəni uca səslə dedi. İmamın bu böyük bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə uca səslə Aşura hadisəsini bəyan etdi. Bu bulaq o zamandan çağlamağa başladı və bu günə qədər də çağlayır. Bu, Aşura hadisəsidir.

İmam Hüseyn (ə) 20.01.2025

İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir

1. Pak məkandır. Həzrət Peyğəmbər (s) buyurur: “Kərbəla – yer üzünün ən pak türbəsidir. Ehtiram cəhətdən ən böyük türbəsidir. Kərbəla – behiştin döşəmələrindəndir”.   2. Nicat yeridir. Həzrət Peyğəmbər (s) buyurur: “Oğlum elə diyarda torpağa tapşırılacaqdır ki, ona Kərbəla deyərlər. Üstün yerdir ki, davamlı olaraq İslamın qübbəsi olacaqdır. Necə ki, Allah Həzrət Nuhun (ə) möminlərinə elə oradaca tufandan nicat vermişdi”.   3. Eşq yeridir. İmam Əli (ə) Kərbəla haqqında buyurur: “Bura aşiqlərin qurbangahı və şəhidlərin şəhid olduğu yerdir. Nə keçmiş şəhidlər və nə də gələcək şəhidlər onlara çatmazlar”.   4. Eşq ətri verir. İmam Əli (ə) Kərbəla torpağına xitab edərək, buyurur: “Necə də ətirlisən, ey torpaq! Qiyamət günü səndən elə insanlar qalxacaqdır ki, hesab vermədən behiştə daxil olacaqlar”.   5. Məhşərin qırmızı ulduzudur. İmam Səccad (ə) buyurur: “Kərbəla torpağı Qiyamət günü mirvari ulduz kimi parlayacaqdır və nida verəcəkdir ki, mən Allahın müqəddəs torpağıyam. Pak və mübarək torpaq ki, şəhidlərin rəhbərini və behişt cavanlarının sərvərini özündə qərar vermişdir”. 6. Kərbəla – beytul-müqəddəsdir. İmam Sadiq (ə) buyurur: “Kərbəla – beytul-müqəddəsin torpağındandır”.   7. Fərat və Kərbəla. İmam Sadiq (ə) buyurur: “Kərbəla torpağı və Fərat suyu – ilk torpaq və ilk su olmuşdur ki, Allah Təala onlara müqəddəslik bəxş etmişdir”. 8. Kərbəla – peyğəmbərlərin (ə) Kəbəsidir. İmam Sadiq (ə) buyurur: “Yerdə və göydə elə peyğəmbər yoxdur ki, Allahdan icazə alıb, İmam Hüseyni (ə) ziyarət etməyə gəlməsin. Necə ki, bir dəstə Kərbəlaya enən zaman, bir dəstə oranı tərk edər”.   9. Kərbəla, mələklərin sevimli yeridir. İmam Sadiq (ə) buyurur: “Yerdə və göydə elə mələk yoxdur ki, Allahdan icazə alıb, İmam Hüseynin (ə) ziyarətinə gəlməsin. Belə ki, davamlı olaraq Kərbəlaya mələklər dəstəsi enər və oradan başqa dəstə yuxarı qalxarlar”.   10. Behişt yoludur. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) qəbrinin yeri – behişt qapılarından biridir”.   11. Kərbəla – əmin yerdir. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah Məkkəni hərəm qərar verməzdən əvvəl, Kərbəlanı əmin və bərəkətli hərəm qərar vermişdir”.   12. Davamlı ziyarət. İmam Sadiq (ə) buyurur: “Kərbəlanı ziyarət edin və bu işə davam edin. Çünki Kərbəla Peyğəmbərin (s) ən üstün övladını ağuşunda qərar vermişdir”. 13. Mübarək məkan. İmam Sadiq (ə) buyurur: “Allahın Quranda yad etdiyi əmin-amanlı vadi sahili – Fəratdır. Bərəkətli yer isə Kərbəladır”.   14. Ziyarət şövqü. İmam Baqir (ə) buyurur: “Əgər insanlar bilsəydilər ki, İmam Hüseyn (ə) hərəmini ziyarət etməkdə nə qədər fəzilət vardır, ziyarət şövqündən ölərdilər”.   15. Qəbul olan həcc. İmam Baqir (ə) buyurur: “Allah Rəsulunun (s) qəbrinin ziyarəti, şəhidlərin qəbrini ziyarət etmək və İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir”.   16. Yenidən doğulmaq kimi halət. Həmran nəql edir ki, İmam Hüseyni (ə) ziyarət etdikdən sonra İmam Baqirin (ə) yanına gəlmişdim və Həzrət (ə) mənə buyurdu: “Ey Həmran! Sənə müjdə verirəm ki, hər kim Ali-Muhəmməd (ə) şəhidlərini ziyarət edər və bu işdəki niyyəti Allah rizası və Peyğəmbərə (s) yaxınlaşmaq olarsa günahlarından çıxar, anasından doğulmuş kimi olar”.   17. Behişt amili. İmam Sadiq (ə) buyurur: “Hər kim məskəninin behişt olmasını istəyirsə məzlumu (İmam Hüseyni (ə)) ziyarət etməyi tərk etməsin”.   18. Şəhadət və ziyarət. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) hərəmini ziyarət edin və ziyarətini tərk etməklə ona zülm etməyin. Çünki o, behişt cavanlarının rəhbəri və şəhidlərin sərvəridir”. 19. Ziyarət – ən üstün əməldir. İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) qəbrini ziyarət etmək – ən üstün əməldir ki, yerinə yetirilə bilər”. (Beytutə) 20. Nur süfrəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim Qiyamət günü nur süfrəsində əyləşmək istəyirsə, gərək İmam Hüseyn (ə) zəvvarlarından olsun”.   /Deyerler.org/

İmam Hüseyn (ə) 20.01.2025

Hәr kәs İmаm Hüsеynin (ә) müsibәtinә bir zәrrә göz yаşı töksә…

Kufәlilәr İmаm Hüsеyni (ә) Kufәyә dәvәt еdәrәk üç gün Fәrаt çаyının kәnаrındа susuz sахlаdılаr İmаm Hüsеynin (ә) müsibәti İmаm Bаqir (ә) buyurmuşdur: “Hәr kәs İmаm Hüsеynin (ә) müsibәtinә аğlаyаrаq bir zәrrә bеlә göz yаşı töksә, Аllаh оnun dәryаlаr qәdәr vüsәti vә ulduzlаrın sаyı qәdәr günаhlаrını (әgәr vаrsа) bаğışlаyаr.” (“Tühfәtul-mәcаlis”, sәh. 215.) İmаm Sәccаd (ә) dеyir: “Kufәlilәr Әlinin (ә) yаnınа gәlib yаğışın yаğmаdığındаn şikаyәtlәnәrәk dеdilәr ki, duа еt, Аllаh bizim üçün yаğış göndәrsin. İmаm Әli (ә) оğlu Hüsеynə (ә) dеdi: Qаlх, Аllаhdаn yаğış dilә. İmаm Hüsеyn (ә) аyаğа qаlхаrаq Аllаhа hәmd-sәnа еtdikdәn vә Pеyğәmbәrə (s) sаlаm göndәrdikdәn sоnrа duа еtdi. Hәzrәtin duаsı qurtаrmаmış Аllаh göydәn lеysаn yаğış gön-dәrdi. Hәttа çöl әrәblәri Kufә әtrаfındаn gәlib хәbәr vеrdilәr ki, dәrәlәr vә biyаbаnlаr su ilә dоlmuşdur.” (“İmаm Hüsеynin (ә) buyuruqlаrının külliyyаtı”, sәh. 160.) Аmmа hәmin kufәlilәr İmаm Hüsеyni (ә) Kufәyә dәvәt еdәrәk üç gün Fәrаt çаyının kәnаrındа susuz sахlаdılаr, Hәzrәtin susuz hаldа bаşını kәsmәkdәn әlаvә, körpә Әli Әsgәrini susuz şәhid еtdilәr, Hәzrәt Әbülfәzlin bәdәnini Fәrаtın kәnаrındа tikә-tikә dоğrаdılаr…

İmam Hüseyn (ə) 20.01.2025

Hüseyn (ə) qiyamının fəlsəfəsi

Əgər Peyğəmbər (s) hökuməti davam etsəydi və bəşəriyyətin tarixi dəyişsəydi, bəşərin aqibəti uzun müddət irəliyə düşərdi İslamın vasitəsi ilə ideal bir hökumət yarandı. Əgər İmam Hüseynin (ə) hadisəsini bir neçə sətirdə xülasə etmək istəsək, belə olur: Bəşəriyyət zülmə, cəhalətə və ayrıseçkiliyə məruz qalmışdı. Dünyanın ozamankı İran və Roma imperiyalarında mövcud olan Qeysər və Kəsra hökumətlərindən ibarət olan böyük hökumətləri aristokratiya, qeyri-xalq hökuməti, məntiqsiz xəncər, cəhalət və fəsad hökuməti idi. Ərəbistan yarımadası kimi kiçik hökumətlər isə onlardan da pis vəziyyətdə idi. Cahiliyyət bütün dünyanı bürümüşdü. Bu arada Allah Peyğəmbərinin (ə) vasitəsi ilə, Allahın yardımı, xalqın əzəmətli və yorulmaz mübarizəsi ilə İslam nuru əvvəlcə Ərəbistan yarımadasını işıqlandıra bildi, sonra da tədricən genişləndi, şüası hər yeri bürüdü. Peyğəmbər (s) dünyadan köçdükdə bu hökumət tarix boyu bütün bəşəriyyətə nümunə ola biləcək şəkildə güclü bir hökumət idi. Əgər o hökumət həmin istiqamətdə hərəkətini davam etdirsəydi, şübhəsiz, tarix dəyişərdi, ondan əsrlər sonra, indi və İmam Mehdinin (ə) zühuru dövründə yaranması gözlənilən vəziyyət həmin dövrdə yaranardı. Ədalət, paklıq, doğruluq və məhəbbət dolu dünya İmam Mehdi (ə) dövrünün dünyasıdır. Allah bilir ki, bəşər orada hansı əzəmətlərə nail olacaq. Buna əsasən, əgər Peyğəmbər (s) hökuməti davam etsəydi və bəşəriyyətin tarixi dəyişsəydi, bəşərin aqibəti uzun müddət irəliyə düşərdi. Lakin bəzi səbəblər üzündən bu baş vermədi. Peyğəmbər (s) hökumətinin xüsusiyyəti belə idi: zülmə əsaslanmaq yerinə ədalətə əsaslanırdı, şirkin və insanın fikir təfriqəsinin yerinə tövhidə və Pərvərdigarın müqəddəs zatının bəndəliyinə söykənirdi, cəhalət əvəzinə elm və bilgiyə arxalanırdı, insanların bir-birinə ədavəti yerinə məhəbbət, münasibət, dostluq və səmimiyyətə söykənirdi; yəni zahirdən və batindən bəzənmiş bir hökumət idi. Belə bir hökumətdə yetişən insan təqvalı, iffətli, alim, agah, fəal, həvəskar, aktiv və kamala doğru irəliləyən insan olur. Əlli il ötməklə məsələlər dəyişdi. Adda İslam adı qaldı, lakin batini daha İslam batini deyildi. Ədalətin hakimiyyətinin yerinə yenə zülmün hakimiyyəti gəldi, bərabərliyin və qardaşlığın yerinə ayrıseçkilik, ikitirəlik və təbəqələr arasında böyük fərq vücuda gəldi, elmin yerinə cəhalət hakim oldu. Bu əlliillik dövrdə nə qədər yaxına gəliriksə, bu tənəzzülə dair yüzlərlə fakt və nümunə görürük. Tədqiqatla məşğul olanlar bunları gənc və araşdırıcı beyinlər üçün aydınlaşdırsınlar. Ayətullah Seyid Əli Xamenei

Namaz Vaxtı 19.01.2025

Bakı və Abşeron üfüqü ilə Noyabr ayı üçün gündəlik namazların azan cədvəli

  İmsak vaxtı Sübh azanı Günəş çıxır Günorta azanı Axşam azanı Gecəyarı 01 05:33 05:48 07:10 12:24 17:53 23:44 02 05:34 05:49 07:11 12:24 17:52 23:43 03 05:35 05:50 07:12 12:24 17:50 23:43 04 05:36 05:51 07:13 12:24 17:49 23:43 05 05:37 05:52 07:14 12:24 17:48 23:43 06 05:38 05:53 07:15 12:24 17:47 23:43 07 05:39 05:54 07:17 12:24 17:43 23:43 08 05:40 05:55 07:18 12:24 17:45 23:43 09 05:41 05:56 07:19 12:24 17:44 23:43 10 05:42 05:57 07:20 12:24 17:43 23:43 11 05:43 05:58 07:21 12:24 17:42 23:43 12 05:44 05:59 07:22 12:24 17:41 23:43 13 05:45 06:00 07:24 12:25 17:41 23:43 14 05:46 06:01 07:25 12:25 17:40 23:43 15 05:47 06:02 07:26 12:25 17:39 23:44 16 05:48 06:03 07:27 12:25 17:38 23:44 17 05:49 06:04 07:28 12:25 17:37 23:44 18 05:50 06:05 07:29 12:25 17:37 23:44 19 05:51 06:06 07:31 12:26 17:36 23:44 20 05:52 06:07 07:32 12:26 17:35 23:44 21 05:53 06:08 07:33 12:26 17:35 23:44 22 05:54 06:09 07:34 12:26 17:34 23:44 23 05:55 06:10 07:35 12:27 17:34 23:45 24 05:56 06:11 07:36 12:27 17:33 23:45 25 05:57 06:12 07:37 12:27 17:33 23:45 26 05:58 06:13 07:38 12:28 17:32 23:45 27 05:59 06:14 07:39 12:28 17:32 23:46 28 06:00 06:15 07:41 12:28 17:31 23:46 29 06:01 06:16 07:42 12:29 17:31 23:46 30 06:02 06:17 07:43 12:29 17:31 23:46    

İmam Hüseyn (ə) 19.01.2025

Bu bayraq həmişə dalğalansın

Aşura sözünün və bayrağının ucalması Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Siz baxın, Hüseyn ibn Əlinin (ə) pak qanı Kərbəlada, qürbətdə töküldü. Lakin İmam Səccadın (ə) və Zeynəb-Kübranın öhdəsinə düşən ən böyük məsuliyyət ilk andan bu sözü ucaldıb müxtəlif formalarla bütün İslam dünyasına çatdırmaq idi. Bu hərəkət həqiqi dinin, Hüseyn ibn Əlinin (ə) dininin və İmam Hüseynin (ə) şəhid olduğu məqsədin dirçəldilməsi üçün zəruri və lazım idi. Sözsüz ki, İmam Hüseyn (ə) üçün Allahın mükafatı olacaq, buna görə sükut edə bilərdilər. Amma nə üçün İmam Səccad (ə) ömrünün sonuna qədər – ondan sonra yaşadığı 30 ildə hər hansı bir münasibətlə Hüseynin (ə) adını, Hüseynin (ə) qanını və Əbu Abdullahın (ə) şəhidliyini yada salırdı, xalqa xatırladırdı? Bu iş nədən ötrü idi? Bəziləri elə bilirlər ki, bu iş Üməyyə övladlarından intiqam almaq üçün idi. Halbuki sonralar Bəni-Üməyyə hakimiyyətdən uzaqlaşdı. Bəni-Abbasın hakimiyyətə gəlişindən sonra İmam Rza (ə) nə üçün Rəyyan ibn Şəbibə tapşırır ki, öz məclislərinizdə Əbu Abdullahın (ə) müsibətlərini oxuyun? O zaman axı Bəni-Üməyyə yox idi, tar-mar olmuşdular! Bu ondan ötrüdür ki, Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Bu günə qədər də dalğalanmış və hidayət etmişdir. Ayətullah Seyid Əli Xamenei

İmam Hüseyn (ə) 19.01.2025

Düşünülmüş və hazırlıqlı qiyam

İmamın qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam – kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun. İmam Hüseyn əleyhissəlamın tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl məlum olur ki, bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (əleyhissəlam) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular. Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar uşaq doğulanda, uşaq tutan dayə rolunu oynayırlar. Onların qiyam qəhrəmanları bu cür inqilab həyata keçirmək iqtidarında olmadıqlarından inqilabları da heç bir əxlaqi dəyərlərə malik olmur. Lakin İmam Hüseyn əleyhissəlamın Kərbəla qiyamındakı rolu heç kəsə naməlum qalmamışdır.  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...